Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur.
İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir. Voyager missiyalarından qabaq ləkənin Yupiterin səthinin maye və ya qatı xüsusiyyətlərindən qaynaqlandığına inanılırdı. Böyük qırmızı ləkə Yerlə müqayisədə təqribən dörd dəfə böyükdür.
Yupiter öz oxu ətrafında böyük sürətlə hərərkət etdiyindən maqnit anomallığının baş verdiyi oblast planetin coğrafi uzunluğu istiqamətində dreyf hərəkətində olur və Ləkə ildə 200 sürətlə sürüşür (yerini dəyişir). Maqnit sahəsinin sürüşməsi hadisəsi Yerdə də baş verir, amma bu zaman sürüşmənin sürəti ildə 0.2–0.30 qiymətini alır. Yupiterin atmosferindəki Böyük Qırmızı Ləkə yeganə atmosfer törəməsi olub və hətta planetin diskində yaranan digər ağ ləkələrlə heç bir əlaqəsi olmayan hadisə kimi söylənilir. Ləkənin enerji mənbəyi də məlum deyil. Nəhayət, Böyük Qırmızı Ləkənin yerləşməsi, planetin coğrafi uzunluğu boyunca yerlərini dəyişməsi və Ləkə ilə bağlı olan bir sıra digər hadisələr izah olunmamış qalır.
NASA-nın "Juno" kosmik gəmisi Yupiteri səciyyələndirən əlaməti, onun "böyük qırmızı ləkəsi"nin heyrətamiz şəklini orbitdən çəkib.
"Böyük qırmızı ləkə" Yupiterin ekvatorundan cənubda yerləşən siklona bənzər bir fırtınadır. Eni 16.350 min km olub, Yerdən 1.3 dəfə genişdir.
Qeyd edək ki, 350 ildir şiddətlə əsən qazlı "böyük qırmızı ləkə" 1830-cu ildən bu günə kimi insanlar tərəfindən izlənilir. Son zamanlar fırtınanın azalması müşahidə edilir.
Yeni şəkil "böyük qırmızı ləkə" və ətrafdakı bölgələrin Junonun mövqeyindən insan gözünün ayırd edə biləcəyi həqiqi rəngini ortaya çıxarıb.[1]
Junonun aldığı təsvirdən " böyük qırmızı ləkə" daxilində və ətrafında mövcud olan üfüqi atmosfer zonaları aydın görünür.
Şəkil 2 — iyul 2017-ci ildə "Juno" kosmik gəmisinin Yupiter ətrafındakı 7-ci dövrünü həyata keçirən zaman çəkilib. Təsvir alınan vaxt Juno Yupiterdən təxminən 9 min km məsafədə olub.