Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi

Dağ meşələrinin yırtıcı heyvanlannm xarakterik nümayəndələ­rindən bəbir, bozayı, canavar, çaqqal, tülkü, kaftar, vaşaq, qamışlıq və meşə pişiyidir[1].

Heyvanat aləmi[redaktə | mənbəni redaktə et]

Qiymətli ov heyvanlandan Bezoar keçisi, qafqaz dağ keçisi, qafqaz maralı, cüyür, dağ qoyunu, köpkər, qaban, gə­miricilərdən - dovşan, daşlıq dələsi, sincab, porsuq, gəlincik, tirən- dazlar, meşə süleysinləri, qulaqlı kirpi, çay samurunu göstərmək olar. Kiçik məməli gəmiricilərdən radde yereşəni, palazqulaq yara­sa, kolluq və sanboğaz siçanlar bu meşələrin daimi sakinləridir. Yüksək dağlıq zonada yaşayan dağıstan turları qış dövründə qidalan­maq və mühafizə olunmaq üçün uzun müddət meşələrə enirlər.

Hazırda respublikamızda təxminən 1250 qafqaz maralı qalmış­dır. Onlara əsasən GöygölZaqatala qoruqlarında rast gəlmək olar. Çəkisi 60-70 kq-a çatan dağ qoyunları isə yalnız Naxçıvan ərazisində qalmışdır, onlar Ordubad Milli Parkında qorunur.

Köpgər və cüyürlərin də sayı xeyli azalmışdır. Köpgərlər dik, sıldırım alp çəmənlərində yaşayır, qışda yem dalınca meşəyə enir. Kiçik Qafqazın Alagöz dağında köpgərlərin kökü 20-ci əsrin baş­lanğıcında kəsilmişdir. Hazırda onlar Böyük Qafqazın cənub və şimali-şərq yamacında (Quba-Qusar massivində) yaşayır, onların sa­yı xeyli azalaraq min başa çatır. Avropa cüyürü köpkərdən fərqli olaraq orta və aşağı dağ-meşə qurşaqlarında yaşayır. Meşələrdə çöl donuzuna daha çox rast gəlinir. Meşələrin yuxan sərhədində yırtıcı heyvanlardan qafqaz qonur ayısı, canavar və vaşaqlara rast gəlinir.

Meşənin yuxan sərhədində qafqaz ulan, qafqaz tetrası, daşlı-qa­yalı yerlərdə kəklik dəstələrinə rast gəlinir. Bu meşələrdə qafqaz qarquşu, alaçəhrə, meşə əlvan bülbülü, əlvan ağacdələn, arıquşu və s. yayılmışdır.

Böyük və Kiçik Qafqaz dağlannda dağətəyi zonadan tutmuş ni­val qurşağına qədər dələlər fəsiləsinə aid olan uzunluğu 26 sm, çə­kisi 100 qram olan gəlinciyi xüsusi qeyd etməlidir. Çünki yırtıcı heyvancığaz bütün gününü siçanabənzər zərərli gəmiriciləri və həşəratlan ovlamaqla məşğul olur. Bəzən özündən iri olan dovşan və siçanlara da hücum edir. Böyük Qafqazın cənub yamacında meşə dələsinə də rast gəlinir. Onun ovunu gəmirici siçanlar, yereşənlər, kirpi, köstəbək, sincab, quş və həşəratlar təşkil edir.

Kiçik Qafqaz meşələrində gəmirici tirəndaz, yaxud oxlu kirpiyə də rast gəlinir, onun bədənində təhlükəli zəhərli iynələri olur, bu­na görə ondan hətta pələnglər də qorxur.

Böyük və Kiçik Qafqaz dağlannda quşlardan qafqaz qarquşu, in arıquşu, alaçəhrə, cincar quşu, meşə əlvan bülbülü, çilqaratoyuq, iri əlvan ağacdələn, zığ-zığ, baltadimdik, alaqanadlar, sitta quşu, Moskva arıquşunu göstərmək olar. Həşəratlardan iri və parlaq cır­cıramalar, rəngarəng kəpənək növləri, Karapus və Kalabus və Kalazoma cinsinə aid olan göy, boz, yaşıl, qara rəngli böcəklər, ktır milçəkləri, adi və qumluq qanşqalan, vəhşi anlar və s. yayılmışdır.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003