Böyükağa Atababa oğlu Atababayev (1917-?) — azərbaycanlı rəqqas.
Böyükağa Atababayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | rəqqas |
Böyükağa Atababa oğlu Atababayev 1917-ci ildə Bakıda anadan olmuşdu. 1933-cü illərdə Əli Bayramov adına klubda dram dərnəyinin üzvü olmuşdur. O, 1935-ci ilin dekabr ayından Əşrəf Səfərovun yenicə yaratdığı rəqs ansamblına üzv olur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı idi. Onu da qeyd edim ki, Böyükağanın həyat yoldaşı Böyükxanım da 1937-ci ildən 1947-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunda çalışıb. Böyükağa Atababayev özü isə 1957-ci ilə kimi filarmoniyada işləmişdir. O, 1941-ci ildə İranda qastrolda olmuş, Opera teatrının kollektivilə birgə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" operalarında rəqs səhnələrində iştirak etmişdir. 1943-cü ildə professor Bülbülün rəhbərliyi altında Bryansk cəbhəsində olmuş, konsert briqadasının tərkibində Hacı Məmmədov, Gülxar Həsənova, Teyyub Dəmirov, Fizzə Hənifəyeva və b. ilə birgə Böyükağa Atababayev də vardı. Böyükağa "Arşın mal alan" bədii filmində (birinci variant) toy məclisində oğlanlar qrupunda rəqs etmişdir. "O olmasın, bu olsun" filmində isə "bərbər" roluna çəkilmiş və hamam səhnəsində rəqs edənlərdən biri olmuşdur. "Qaraca qız" bədii filmində Qaraca qız rolunda Böyükağa Atababayevin nəvəsi Sevil Zeynalova çəkilmişdir.