Hacı Məmmədov (tarzən)

Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi.

Hacı Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Azərbaycan SSR
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, həkim-cərrah
Fəaliyyət illəri 1930–1981
Janrlar klassik musiqi, muğam, xalq musiqisi
Musiqi aləti tar
Təhsili Azərbaycan Tibb Universiteti
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954
"Şərəf nişanı" ordeni — 1959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.[1]

Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur.[2]

Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir.[3]

Bakı, Hacı Məmmədov küçəsi
  1. МӘММӘДОВ Һаҹы Мәммәд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 504.
  2. "Bu gün görkəmli tarzən Hacı Məmmədovun 100 yaşı tamam olur". www.az.baku-art.com. 28 aprel 2020. İstifadə tarixi: 16 fevral 2021.[ölü keçid]
  3. "Tar ifaçılığının təbib ustadı". medeniyyet.az. 17 iyul 2020. 2020-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.