Böyükxanım Abdulla qızı Əliyeva (18 iyun 1923, Əmircan, Bakı qəzası – 22 oktyabr 1997, Ərçivan, Astara rayonu) — Azərbaycanlı Sovet həkimi, Sosialist Əməyi Qəhrəmanı (1978).
Böyükxanım Əliyeva | |
---|---|
Doğum tarixi | 18 iyun 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1997 (74 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, həkim |
Mükafatları |
|
Böyükxanım Əliyeva 1923-cü il iyunun 18-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1944-cü ildə Astara rayonunun Mötalayataq kəndində tibb məntəqəsinin müdiri vəzifəsində başlayıb. 1946-cı ildən Ərçivan kəndində poliklinika müdiri, 1950-ci ildən isə təqaüdə çıxana qədər Ərçivan kənd ərazi xəstəxanasının baş həkimi işləyib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 oktyabr 1978-ci il tarixli qərarı ilə milli səhiyyə xidmətlərinin inkişafında böyük xidmətlərinə görə Əliyeva Böyükxanım Abdulla qızı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və çəkic" qızıl medalı və Lenin ordeni ilə təltif edilmişdir.
2001-ci ildə Astara rayonunun Ərçivan kəndində vəfat edib.