Bürc-Ömər-Driss (ərəb. برج عمر إدريس) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. In-Amenas rayonuna daxildir.
Bürc-Ömər-Driss | |
---|---|
28°08′47″ şm. e. 6°49′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 352 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 33200 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər vilayətin şimal-qərbində, Böyük Səhranın şimalındakı vahələrdən birinin ərazisində, Tinqertdən cənubda, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1010 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 360 metr yüksəkdir.[1]
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,8 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,5°C, ən isti ayda (iyulda) 34,5°C-dir.[2]
Şəhərin şimalından 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Eyni adlı hava limanı var.