Bürc Xəlifə — dünyanın ən hündür tikilisi.
Bürc Xəlifə | |
---|---|
برج خليفة | |
25°11′50″ şm. e. 55°16′27″ ş. u. |
|
Yeri | Dubay |
Tikilmə tarixi | 2010 |
Texniki göstəriciləri | |
Mərtəbə sayı | 163[1][2] |
Daxili sahəsi |
|
Lift sayı | 58[2] |
Memar | Skidmore Owings Merrill[d] |
Vikianbarda əlaqəli mediafayllar |
2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.
Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür.
Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir.
Binanın tikintisi 1.5 milyard dollara başa gəlib.
Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.
Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək.
Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Açılış mərasimi qazıntı işlərinin başlamasından 1325 gün sonra olub və mərasimdə 60 min qonaq iştirak edib.