Dubay

Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubay əmirliyinin inzibati mərkəzi.

Dubay
دبيّ
Bayraq Gerb
Bayraq Gerb
25°16′11″ şm. e. 55°18′34″ ş. u.HGYO
Ölkə
Başçı Məhəmməd ibn Rəşid əl-Məktum
Tarixi və coğrafiyası
Əsası qoyulub 9 iyun 1833
Sahəsi
  • 35 km²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.564.931 nəf. (2023)
Rəsmi dili
Digər
dm.gov.ae
Dubay xəritədə
Dubay
Dubay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir.

Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.

Tarixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə qədər Dubay çox da böyük olmayan bir yaşayış məntəqəsi olub. Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər, lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.

Bütün bu illər ərzində əmirliklər arasında sərhəd mübahisələri davam edirdi. Hətta Birləşmiş Ərəb Əmirlikləri yaranandan sonra belə, bu mübahisələr qalmaqda idi.

Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılmışdır. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968–73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdır.

1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.

Fars körfəzi sahillərində yerləşir.

Dubay Yaxın-Şərqin ən isti şəhərlərindən biridir. Bu şəhərə nadir hallarda yağış və ya qar yağır. Bu şəhərdə demək olar ki, həmişə temperatur +20 dərəcədən çox olur.

Şəhər rayonları

[redaktə | mənbəni redaktə et]

Şəhərin əsas rayonları

  • Bur Dubay — tarix mərkəzi;
  • Qardens — yataq sahəsi;
  • Dountoun Dubay — inşa olunan biznes rayonu;
  • Cumeyra — dənizkənarı yaşayış sahəsi;
  • Dubay Marina — şəhərin qərbində süni Körfəz ətrafında perspektivli yeni yaşayış sahəsi.

Dubay — Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzidir. Şəhərin inkişaf tempi Şanxayla müqayisə edilir.

Bürc Xəlifə göydəlnindən görünütü

Şəhərdə iki dəniz limanı, bir neçə avtobus terminalları, iki böyük beynəlxalq hava limanı və geniş avtobus şəbəkəsi var. 2009-cu ilin Sentyabrın 9 Dubay Metropoliteni açıldıb. 2012-ci ildən su tramvayı faliyyət göstərir.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Dubayın panoraması

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Dubayla qardaşlaşan şəhərlər bunlardır[2][3]:

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. "Dubai's sister cities". dubaicityguide. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.
  3. "Twinning Cities Agreements". UAE Official Website. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.
  4. "Twinning agreement brings a taste of Spain to Dubai UAE – The Official Web Site – News". Uaeinteract.com. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
  5. "Dubai, Detroit ink sister-city accord UAE – The Official Web Site – News". Uaeinteract.com. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
  6. "Dubai, Granada discuss cooperation UAE – The Official Web Site – News". Uaeinteract.com. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
  7. "Los Angeles cultural body takes Dubai as sister city UAE – The Official Web Site – News". Uaeinteract.com. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
  8. "Dubai sister/twin cities list". Dubaicityguide.com. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-20.
  9. "Dubai partners with the U.S. city of Phoenix UAE – The Official Web Site – News". Uaeinteract.com. 2013-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
  10. {{cite web | url = http://english.busan.go.kr/02_government/07_17.jsp | title = Dynamic Busan – City Government – Sister Cities – Dubai | publisher = English.busan.go.kr | accessdate = 14 July 2009 }}

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]