BİM

Birləşmiş Mağazalar ASC və ya qısaca BİMTürkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir.[1]

BİM
türk. Birleşik Mağazalar
Loqonun şəkli
İstanbul, Üsküdarda BİM mağazası
İstanbul, Üsküdarda BİM mağazası
Ümumi məlumatlar
Tipi Səhmdar cəmiyyəti
Sənaye Pərakəndə ticarət
Məhsulu Ərzaq məhsulları
Təsis tarixi 1995 (25 il qabaq)
Baş qərargahın yeri Türkiyə Türkiyə 7260 mağaza
 Mərakeş 478 mağaza
Misir Misir 300 mağaza
İqtisadi göstəriciləri
Birjada listinqi BIST:BIMAS
Ümumi gəliri 55.495 milyard TL
Xalis mənfəəti 2.607 milyard TL
Struktur
İşçi sayı 47.980 (2018)
bim.com.tr

BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir.

1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir.

1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.[2]

Mərakeşdəki fəaliyyətinə 11 aprel 2009-cu ildə, eyni gündə Kasablanka şəhərində 10 mağaza açaraq başladı. Hazırda şirkətin Mərakeşdə 478 mağazası var. 2014-cü ilin ikinci yarısında Misirdə 46 mağaza açaraq açmış, hal-hazırda sayı 212-yə çatdı. Bundan əlavə, şirkət GSM sektoruna 2012-ci ildə Avea mərkəzli virtual operatoru BİMCell ilə daxil oldu. BimCell abunəçilərinin sayı 2012-ci ilin sonunda 440 min, 2013-cü ilin sonunda 700 min, 2014-cü ildə isə 1 milyona çatdı. 2011-ci ildə 8 milyard TL-ni keçən gəlir ilə, Türkiyə qida pərakəndə bazarındakı bir nömrəli mövqedə qalmağa davam etdi.[3]

  1. "Migros ve Bim dünya devleri arasında". www.hurriyet.com.tr (türk). 2016-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  2. "Anasayfa - Bim A.Ş". www.bim.com.tr. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  3. "Anasayfa - Bim A.Ş". www.bim.com.tr. 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.