BƏƏ—Suriya münasibətləri — BƏƏ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. BƏƏ-nin Dəməşqdə, Suriyanın Əbu-Dabidə səfirliyi və Dubayda baş konsulluğu vardır.
BƏƏ—Suriya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır. 25 sentyabr 2013-cü il tarixində BƏƏ Xarici İşlər Naziri Abdullah bin Zayed əl-Nahyan ölkəsinin suriyalılara və onların dövlətlərinə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün qanuni istəklərinə dəstək verməyə davam edəcəyini bildirir. Lakin BƏƏ Bəşər Əsəd hökumətini dəstəkləməkdə fəal olmur. 13 yanvar 2014-cü il tarixində Dubay əmiri, Baş nazir və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum ölkənin başında Əsədlə müharibəni bitirmək üçün uzunmüddətli bir həll ola bilməyəcəyinə dair mövqeyini dilə gətirir və Suriya prezidentinin nəticədə hakimiyyəti itirəcəyini bildirir[1].
BƏƏ-nin Suriya münaqişəsi ilə bağlı mövqeyi Səudiyyə Ərəbistanı və ya Qətərdən fərqli olaraq "daha az aqressiv", lakin Misirdən fərqli "Əsəd üçün əlverişsiz" olaraq xarakterizə edilir[2]. . Buna baxmayaraq BƏƏ Suriyada Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən gələn üsyançı qrupların dəstəyini tənqid edərkən[3], sülh nizamlanmasının bir hissəsi olaraq, hakimiyyətdə qalan Əsədə açıq olduğunu göstərir[4]. 2019-cu ilin yanvar ayının əvvəlində Suriyada səfirliyin açılışından sonra Emirates, FlyDubai və Etihad yenidən Suriyaya uçuş planlarını elan edir, lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı heç bir açıqlama verilir. Suriya hökuməti ilə əlaqələri bərpa etmək məqsədilə BƏƏ 2019-cu ilin yanvarında Suriyanın ticarət nümayəndə heyətini qəbul edir. İclas 2011-ci ildən bəri ABŞ Xəzinəsinin sanksiya siyahısında olan bir iş adamı və millət vəkili tərəfindən idarə edilir[5][6].
29 yanvar 2019-cu ildə BƏƏ-nin Xarici İşlər üzrə Dövlət Naziri İsrailin Suriyaya endirdiyi zərbələr barədə BƏƏ-nin Suriyanı və vahid Ərəb Suriyasını dəstəklədiyini bildirir. Bununla birlikdə BƏƏ-nin Suriyadakı iranlıların olmasına qarşı olduğunu və mübahisənin İranın Suriyadakı hərəkət azadlığı səbəb olduğunu söyləyir[7].
2019-cu ilin dekabrında BƏƏ-nin Dəməşqdəki müvəqqəti işlər üzrə vəkili Əbdül Hakim İbrahim ən-Nəimi “Prezident Bəşər Əsədin müdrik rəhbərliyini” yüksək qiymətləndirir və ölkələr arasındakı münasibətləri “möhkəm, aydın və güclü” adlandırır. Buna cavab olaraq Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad bu sözləri deyir: “Birləşmiş Ərəb Əmirliklərinin Suriyanı terrorizmə qarşı müharibəsində dəstəklədiyini unuda bilmərik.”[8]
27 mart 2020-ci ildə Əbu Dabi Vəliəhdi Məhəmməd bin Zayed Əl Nahyan və Suriya Prezidenti Bəşər Əsəd telefonla COVID-19 pandemiyasını müzakirə etmişlər[9].