BƏƏ–Türkmənistan münasibətləri

Türkmənistan–BƏƏ münasibətləriTürkmənistanBƏƏ arasındakı mövcud ikitərəfli münasibətlər[1]. İki ölkə arasında dövlətlərarası əməkdaşlıq üçün hüquqi baza 28 sənədə əsaslanır. Hər iki ölkə BMTİƏT-nin tam hüquqlu üzvləridir. Hazırda Türkmənistanın BƏƏ-dəki səfiri Orazmurat Qurbannazarovdur[2]. BƏƏ-nin Türkmənistandakı səfiri Hassan Abdullah Əl-Adab Əl Zarounidir[3]. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fonduİslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

Türkmənistan–BƏƏ münasibətləri
 Türkmənistan  BƏƏ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkmənistan 10 oktyabr 1995-ci ildə BƏƏ ilə diplomatik əlaqələr qurmuşdur.

Türkmənistanın BƏƏ-dəki səfirliyi 16 yanvar 2001-ci ildə Əbu-Dabi şəhərində açılmışdır.

BƏƏ-nin Türkmənistandakı səfirliyi 20 avqust 2002-ci ildə Aşqabad şəhərində açılmışdır.

Son 10 ildə yüksək səviyyəli dövlət səfərləri mübadiləsi qarşılıqlı faydalı münasibətlərin, dostluğun və qarşılıqlı anlaşmanın təməlini qoymuşdur. Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədov BƏƏ-yə iki dəfə səfər etmişdir: 2007-ci ilin avqustunda[4], 2010-cu ilin fevralında[5] və 2013-cü ilin dekabrında.

BƏƏ prezidenti Xəlifə ibn Zeyd ən-Nəhyan, türkmən xalqına hörmət əlaməti olaraq, Mərı şəhərindəki hava limanının və Aşqabad Yetimlər Sarayının tikintisini maliyyələşdirmişdir[6].

16 fevral 2013-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə Bin Zayed Əl-Nahyan Aşqabada səfər etmişdir[7].

Ticarət və iqtisadi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Ölkələr əsasən yanacaq və enerji sənayesində, nəqliyyat və rabitə sektorunda, inşaat sənayesində, səhiyyə, tibb sənayesində və kənd təsərrüfatında əməkdaşlıq edirlər[8].

2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 1 milyard 423 milyon ABŞ dolları olmuşdur[9].

1 yanvar 2013-cü il tarixinə Türkmənistanda Əmirlik müəssisələrinin iştirakı ilə 50-dən çox müəssisə qeydiyyata alınmışdır.

Mədəni əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə BƏƏ-də Türkmənistanın Mədəniyyət Günləri keçirilmişdir. 2014-cü ildə BƏƏ-nin mədəniyyət günlərinin Türkmənistanda keçirilməsi planlaşdırılmışdır.

  1. "Активируя сотрудничество на основе традиций и инноваций". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  2. Дипломатические представительства и консульские учреждения Туркменистана за рубежом
  3. Türkmənistandakı səfirlik
  4. "В Абу-Даби состоялись переговоры президентов Туркменистана и ОАЭ". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  5. "Туркменистан и ОАЭ договорились о торговом, экономическом и техническом сотрудничестве". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "На средства президента ОАЭ в аэропорту города Мары будет построен новый пассажирский терминал". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  7. "Birləşmiş Ərəb Ərəmirliklərinin Prezidenrinin səfəri". 2020-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  8. "Конструктивное сотрудничество во имя прогресса и созидания". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  9. "Курсом на долгосрочное взаимовыгодное сотрудничество". 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.