BƏƏ—Ermənistan münasibətləri

BƏƏ—Ermənistan münasibətləriBƏƏErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın səfirliyi Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi isə İrəvanda yerləşir.

BƏƏ—Ermənistan münasibətləri
 BƏƏ  Ermənistan

Qarabağ münaqişəsi və əlaqələrin qurulması

[redaktə | mənbəni redaktə et]

Ermənistan 1991-ci ildə müstəqillik qazandıqda, Dağlıq Qarabağdakı qanlı müharibəyə qatılır. Bu səbəbdən o dövrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mövqeyini dəstəkləyərək, iki ölkə arasında rəsmi münasibətlər qurmur. Bunu 2018-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar ramanı BƏƏ-nin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan etməsi təsdiqləyir[1]. Buna baxmayaraq Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan hələ də rəsmi diplomatik münasibətlər qurulur.

Türkiyəyə qarşı ittifaq

[redaktə | mənbəni redaktə et]

Son illərdə Rəcəb Tayyib Ərdoğanın başlatdığı Türkiyə nüfuzunun yüksəlməsi meyilləri səbəbindən BƏƏ və Ermənistan arasındakı münasibətlər xeyli yaxşılaşır. Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ambisiyalarına düşməndir. İki ölkə Suriya, Sudan və Liviya üzərindəki nüfuz uğrunda mübarizə aparırlar. Qondarma Erməni Soyqırımı məsləsi səbəbindən isə Ermənistanın Türkiyə ilə münasibətləri yaxşı deyil[2]. 2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma başlayanda, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləməsi iddia olunur[3].

Bundan əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan 21 sentyabr 2020-ci il tarixində Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik etmişdir[4].

Qondarma Erməni soyqırımı

[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyə arasındakı artan gərginlik, Birləşmiş Ərəb Əmirliklərini də Ermənistanla daha yaxın əlaqələr qurmağa sövq edir. Nəticədə 2019-cu ilin aprelində Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağı barədə rəsmi bir açıqlama verir[5]. Abu Dabi Əmirliyi 2019-cu ilin aprelində soyqırımı tanıyan ilk əmirlik olur[6].

İqtisadi və hərbi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Artan Ermənistan-BƏƏ münasibətlərinin nəticələrinə gəldikdə, iqtisadi və hərbi əməkdaşlıqda artım var[7].

2020-ci ilin fevral ayında Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Naziri Hakob Arşakyan Abu Dabidəki UMEX və SimTEX 2020 sərgilərində bir nümayəndə heyətinə rəhbərlik edir. BƏƏ-nin Müdafiə Naziri Məhəmməd Əhməd Əl-Bovardi Arşakyanla görüşür. Bu görüşdə hər iki ölkənin hərbi sənayesi və müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsini müzakirə edilir.

Bundan əlavə BƏƏ-nin Əl-Ərəbiya telekanalı Ermənistan Prezidenti Armen Sarkisyanın xüsusi bir nitqini yayımlayır. Çıxışında Ermənistan Prezidenti beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın münaqişəyə ortaq müdaxiləsinin qarşısını almağa çağırışlar edir.

  1. "Azerbaijan, UAE mull socio-economic ties, Nagorno-Karabakh conflict". menafn.com. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  2. Meneshian, George. "The reasons behind the Armenia–UAE alliance | George Meneshian". MEO. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  3. Fenton-Harvey, Jonathan. "How the Armenia-Azerbaijan conflict could spiral into a proxy war". alaraby. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  4. "UAE leaders congratulate Armenian President on National Day". wam. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  5. "UAE also will recognize of the Armenian genocide in April - ANHA | HAWARNEWS | English". hawarnews.com. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  6. "UNITED ARAB EMIRATES : Abu Dhabi to recognise Armenian genocide - Issue 824 dated 20/02/2019". Intelligence Online. February 20, 2019. November 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  7. "Birləşmiş Ərəb Əmirliklərinin Ermənistan sevgisi". newscenter.az. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2019.