BƏƏS-çilərarası münaqişə

BƏƏS-çilərarası münaqişəSuriyanın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları ilə İraqın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları arasındakı münaqişə.

BƏƏS-çilərarası münaqişə
Yeri

Münaqişə 1966-cı ildə Suriyada Mişel ƏfləqSəlahəddin Bitarın Hafiz ƏsədSəlah Cədid tərəfindən devrildiyi dövlət çevrilişindən sonra BƏƏS Partiyasının Suriya və İraq fraksiyasına bölünməsindən sonra ortaya çıxmışdır. 1970-ci illərdə iki BƏƏS partiyası barışmağa nail olmuşdu, lakin 1979-cu ildə İraqdakı BƏƏS Partiyasında təmizləmə nəticəsində münaqişə yenidən alovlanmışdır.[1][2]

1980-ci ildə Səddam Hüseyn İrana hücum edərək İran–İraq müharibəsinə səbəb olanda Suriya BƏƏS-i İranla müttəfiq olmağı seçmişdir. Nəticədə Suriya BƏƏS-i şiə islamçılarla, İraq BƏƏS-çiləri isə Qərb və sünni islamçılarla ittifaq qurmuşdur. BƏƏS Partiyasının bütövlükdə sekulyar olduğunu iddia etməsinə baxmayaraq, İraq BƏƏS-nə sünnilər, Suriya BƏƏS-nə isə nüseyrilər rəhbərlik etdiyi üçün münaqişə qismən məzhəbçilikdən qaynaqlanır.[3] İraq BƏƏS-i Suriya BƏƏS-nə qarşı üsyanlarında "Müsəlman Qardaşlar"a dəstək vermişdir.[4]

  1. Batatu, Hanna. Syria's Peasantry, the Descendants of Its Lesser Rural Notables, and Their Politics. Chichester, West Sussex, UK: Princeton University Press. 1999. ISBN 0-691-00254-1.
  2. Ehteshami, A. Hinnebusch, Anoushiravan, Raymond. Syria and Iran: Middle Powers in a Penetrated Regional System. Routledge. New York, USA. 2002. ISBN 0-415-15675-0.
  3. Nasr, Vali, The Shia Revival (Norton), 2006, p.154
  4. "The Syrian Muslim Brotherhood". Cablegate. 26 February 1985. 8 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2013.