Bəşəriyyətin qlobal problemləri

XX əsrin son on illiklərində cəmiyyət qarşısında çoxsaylı ciddi və mürəkkəb problemlər yaranmışdır. Onlara qlobal problemlər deyilir. Qlobal problemlər bütün dünya ölkələrini , onun bütün regionlarda yaşayan əhalini əhatə edən , onun hazırkı vəziyyəti və gələcəyinə təhlükə yaradan, həlli üçün bütün imkanların birləşdirilməsi , dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb olan problemlərdir. Onun sayı və əhatə dairəsi müxtəlif formada müəyyən edilir. Bəzən bu problemlərin miqdarı 20-dən yuxarı qaldırılır. Lakin əsas və özünü daha kəskin göstərən qlobal problemlər ona yaxındır və aşağıdakı istiqamətlərdə qruplaşdırılır.

  1. siyasi və sosial-iqtısadi xarakterli həlli vacib olan problemlər;
  2. təbii-iqtisadi problemlər;
  3. sosial xarakterli problemlər

Əksər qlobal problemlərbir-biri ilə əlaqədardı. Ona görə problemlərin eyni vaxtda bütün ölkələr və regionlarda həll edilməsi zəruridir. Bura ilk növbədə sülh və tərki silah, nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması aiddir. Bu problemlər XX əsrin ikinci yarısında nüvə silahının yaradılması və onların ballistik (qitələrarası) raketlərlə daşınmasının mümkün olması nəticəsində yaranmışdır. Bir necə on illiklər ərzində "soyuq müharibə" bəşəriyyətin ən birinci, həlli vacib olan problemi olmuşdur.

İki dünya müharibəsinin baş verməsinə baxmayaraq XX əsrin ikinci yarısında hegemon arasında ziddiyətlər dahada dərinləşmiş, siyasi münasibətlər gərginləşmişdir. Bu dövurdə SSRİ və ABŞ arasında "soyuq müharibə" şəraiti nüvə silahlarından istifadə etməklə " ulduz müharibələri" nin başverməsi təhlükəsini dahada artırırdı. SSRİ –nin dağılmasına "soyuq müharibə" nin başa çatmasına baxmayaraq dünyanın ayrı-ayrı regionlarında müharibələr baş verir, milli-etnik və ərazi münaqişəsi ocaqları hələdə qalmaqdadır.

XX əsrin 90-cı illərində "soyuq müharibə" başa catdiqdan, SSRİ (sonradan Rusiya) və ABŞ arasında iki tərəflə əlaqələr, sonra əməkdaşlıq və dostluq münasibətləri yarandıqdan sonra dünyanı əhətə edən istilik – nüvə münaqişəsi tarixdə qalmışdı. Sonrakı mərhələdə böyük hərbi qüdrətə malik olan ölkələrdə hərbi xərclərin, silahların, o cümlədən nüvə silahlarının azaldılması, silahlı qüvvələrin sayının ixtisar edilməsi başlanmışdır. Bu zaman beynəlxalq gərginliyin azaldılması prosesi getmişdir. Rusiya və NATO arasında yeni münasibətlərin yaranması dünyada təhlükəsizliyin bərpa edilməsi mühüm addımdır.

Bununla yanaşı, hələlik dünyada beynəlxalq təhlükəsizliyin tam bərpa edildiyini demək olmaz. Dünyada silahli qüvvələrin ümumi sayı 20 milyon nəfərdən çoxdur. Silah alveri böyük həcmdə davam edir, nüvə silahı olan ölkələrin sayı getdikcə artır. Dünyada hərbi xərclərin illik məbləgi 1,2 trln. dollardan artıqdır (2006), ayrı-ayrı regionlarda hələdə insanların ölümünə, doğma yurd-yuvalarından qovulmasına, didərgin düşməsinə səbəb olan qaynar nöqtələr-silahlı münaqişə ocaqları vardır. Hazırda milli-etnik, dini, hərbi-siyasi münaqişələr nəticəsində dünyada 75 milyon nəfərdən çox insan öz doğma torpağından qaçqın düşmüşdür.

İkinci, beynəlxalq terrorizim son vaxtlar dünyada mövcud olan və ciddi narahatlıq doğuran problemlərdən biridir. Tarix göstərir ki, beynəlxalq terrorizmin yayılmasına səbəblərindən biri də ölkələr arasında inkişafın qeyri-bərabər getməsi, əhalinin həyat səviyyəsində olan kəskin fərqlər, dini eksremizm, terror təşkilatları ilə ölkələr arasında olan münaqişələrdir. Bir çox hallarda terror hadisələri çoxsaylı insanların təlafatına və onların qorxu, vahimə içərisində yaşamasına, dağıntılara səbəb olur. 2001-ci il 11 sentyabr Nyu-Yorkda törədilən terror hadisəsi 4000 nəfərdən çox insan ölümünə səbəb olmuşdur. Silahlı münaqişə rayonları sayılan İraq, Əfqanıstan, Yaxın Şərq və Pakistanda demək olar ki, hər gün baş verən terror aktları yüzlərlə insan həyatına son qoyur.

Bu qrupa daxil olan üçüncü problem inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması və ya qismən inkişafa nail olmaqdır. Hazırda da bu ölkələrdə olan əhalinin xeyli hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar. 1,2 mlrd. nəfər gündəlik 1 dollardan az, 3 mlrd. nəfər əhali 2 dollardan az gəlirə malikdir. Kəmiyyət eetibarilə Cənubi Asiyada, Afrikada Böyük Səhradan cənubda, Şərqi Asiyada və Sakit okean regionunda kasıbların sayı daha çoxdur. Nisbi göstəricilərə görə Tropik Afrika kasıbların sayına görə birinci yer tutur. Burundi, Zambiya, Syerra-Leone, Nigeriya, Uqanda, Çad, Niger və.s ölkələrdə ümumi əhalinin 60–70%-i kasıbdır. Geridə qalmış ölkələrdə aclıqdan, xəstəlikdən, su çatışmazlığından hər il 30–40 milyon adam ölür. Onların 20 milyon nəfərə qədərin uşaqlar təşkil edir.

İqlimin qlobal problemləri[redaktə | mənbəni redaktə et]

İqlim proqramı[redaktə | mənbəni redaktə et]

Ümumdünya iqlim proqramında müassir iqlimin tərəddüdlərinin tədqiqi üzrə 4 əsas istiqamət müəyyən edilmişdir:

  1. İqlim məumatlarının proqramı.
  2. Tətbiqi iqlimşünaslıq
  3. İnsanın təsərrüfat fəaliyyətinin iqlimə təsiri[1]
  4. İqlim dəyişmələrinin tədqiqi

Proqramın əsas məsələləri[redaktə | mənbəni redaktə et]

  • İqlim mexanizminin tədqiqinə, iqlimin təbii və antropogen amillərin aşkar edilməsi;
  • İqlim məlumatları massivinin genıçləndirilməsi və keyfiyyətinin yüksəldilməsi;
  • İnsanın təsərrüfat fəaliyyətinin planlaşdırılması və idarə olunmasında iqlim bilikilərinin tədqiqi;
  • İqlim dəyişilməsinininsanın təsərrüfat fəaliyyətinin müxtəlif sahələrinə təsirinin tədqiqi.[2]

İqlim dəyişilmələrinin təbii səbəbləri[redaktə | mənbəni redaktə et]

İqlim dəyişilmələrinin təbii səbəbləri üç qrup amillərin təsiri ilə izah olnur:

  1. Xarici astronomik amillər
  2. Xarici geofiziki amillər
  3. Daxili geofizki amillər[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Кислов А.В. Теория климата. М. 1989
  2. Монин А.С. Введение в теорию климата. Л.1982–246с.
  3. Хргиан А.А. Физика атмосферы. М. 1986–328 с

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]