Bəşar (şəhər)


Bəşar (ərəb. بشار‎)‎ — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Bəşar
بشار
Béchar
31°38′ şm. e. 2°12′ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 5.050 km²
Mərkəzin hündürlüyü 747 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 165.627 nəf. (2008)
Rəqəmsal identifikatorlar
Telefon kodu +213 801
Poçt indeksi 08000
Xəritəni göstər/gizlə
Bəşar xəritədə
Bəşar
Bəşar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir.[1] Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır.

2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir;[2] 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir.[3] Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).[4]

  1. "Bechar (Algeria)". Encyclopedia Britannica. 2014-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-10.
  2. "Population: Béchar Wilaya" (PDF) (fransız). Office National des Statistiques Algérie. 2013-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-14.
  3. "Algeria Communes". Statoids. 2010-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-09.
  4. "Taux d'analphabétisme et taux d'alphabétisation de la population âgée de 15 ans et plus, selon le sexe et la commune de résidence" (PDF) (fransız). Office National des Statistiques Algérie. 2018-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-13.