Bəşar (ərəb. بشار) — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bəşar | |
---|---|
بشار Béchar | |
31°38′ şm. e. 2°12′ q. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 747 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 08000 |
Vikianbarda əlaqəli mediafayllar |
Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir.[1] Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır.
2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir;[2] 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir.[3] Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).[4]