Bəşir Musazadə

Bəşir Göyüş oğlu Musazadə (15 fevral,1904—1991) – Azərbaycanda qabaqcıl kənd təsərrüfatı mütəxəssisi. İttifaq əhəmiyyətli fərdi pensiyaçı (1968). Sosialist Əməyi Qəhrəmanı (1948).

Bəşir Musazadə
Bəşir Göyüş oğlu Musazadə
Doğum tarixi
Doğum yeri Faxralı, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ SSRİ
Dəfn yeri İkinci Fəxri Xiyabanda, Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Göyüş Musa oğlu
Fəaliyyəti Aqronom
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" ordeni

Bəşir Göyüş oğlu Musazadə 15 fevral 1904-cü ildə Goranboy rayonun Fəxralı kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı institutunu bitirmişdir. Kirovabad (indiki Gəncə) şəhəri hərbi komisarlığında, Qasım İsmayılov (indiki Goranboy) rayonundakı "28 Aprel" sovxozunda, Ağstafadakı 75 saylı Atçılıq zavodunda, Şəki rayonundakı Orconikidze adına taxılçılıq savxozunda, Azərbaycan SSR Sovxozlar Nazirliyində aqronom və s. vəzifələrində işləmişdir (1934-1968). 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

1947-ci ildə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni, ilə təltif olunmuşdur.[1][2]

Bəşir Musazadə 1991-ci ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]

  • Azərbaycan Sovet Ensiklopediyası. 7-ci cild (Səh. 95)
  • SSRİ Ali Sovetinin 5 aprel 1948-ci il tarixli qərarı
  • Vüsal Xoylu "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə (2010), (Səh. 54)
  • Герои Социалистического Труда Азербайджана
  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 95.
  2. 1 2 Vüsal Xoylu, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə Arxivləşdirilib 2018-02-07 at the Wayback Machine (2010), (Səh. 54)