Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 gün əvvəl Emil Adoj Darvishyanov (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bəşir fondu (türk. Beşir derneği) — Dünyanın ən çox insani yardımlar göstərən ölkəsi hesab edilən Türkiyənin, ən böyük İctimai Xeyriyyə Assosiasiyası. Humanitar təşkilatın işçi heyətinin böyük hissəsini könüllülər təşkil edir.
Bəşir fondu | |
---|---|
Beşir Sosyal Yardımlaşma ve Dayanışma Derneği | |
Növü | Ümumdünya humanitar təşkilat |
Şüar | "Hayrınıza vesile" |
Yaranma tarixi | 2011-ci il |
Rəsmi dili | Türk |
Mərkəzi | İstanbul, Türkiyə |
Fəaliyyət göstərdiyi yer | Dünya üzrə |
Sədr | Fatih Sarıyar |
besir.org.tr |
Bəşir Sosial Yardımlaşma və Dayanışma dərnəyi Türkiyə Nazirlər Kabinetinin 22 aprel 2013-cü il tarixli, 5545 nömrəli qərarına əsasən, ictimai mənfəət naminə çalışan və dərnək statusu almış, qeyri-kommersiya təşkilatıdır. Assosiasiyaya yatırılan ianələr vergidən tamamilə azaddır. Dərnəyin əsas məqsədi, uzaq və çətin coğrafiyalarda şiddətli yoxsulluq və müharibə şəraitində yaşayan insanlara, maddi və mənəvi yardım göstərməkdir. Humanitar böhranlar üçün edilmiş və ya ediləcək bütün təcili yardım tədbirləri "Xoşməramlı Ol hovuzu"na edilən ianələr vasitəsilə həyata keçirilir. Qeyri-hökümət təşkilatının gündəliyinə geyim, tibb, təhsil və yanacaq yardımları da daxildir.[1] [2] Bəşir fondunun 2022-ci ilin yekunlarına dair hesabatına əsasən, Türkiyə, Fələstin, Yəmən, Somali, Banqladeş, Çad, Suriya, Toqo və Keniyada 560 mindən çox insana "Qurban bayramı" münasibətilə qurbanlıq paylanılmışdır.[3] Bu yardımlarda, xeyirxah insanların dərnəyə yatırdığı qurban ianələri də yer alıb.[4] Bəşir könüllüləri xüsusilədə 2022-ci ilin qış mövsümündə Suriyanın Azəz bölgəsindəki yardım düşərgələrinə xüsusi geyim, yorğan və xalça yardımları həyata keçirmişlər.[5] Humanitar təşkilatın sədri Fatih Sarıyar, Semerkand televiziyasındakı çıxışlarının birində, fondun fəaliyyətə başladığı gündən bu yana 97 milyondan çox insana maddi yardım göstərildiyini açıqlamışdır.[6]
Bəşir fondu pandemiya dövründə
13 yanvar 2020-ci il tarixində dünya üzrə təsdiqlənən Koronavirus pandemiyası iqtisadi böhranlara səbəb olmuşdur. Bəşir fondu bu çətin zamanlarda pandemiyaya qarşı xüsusi tədbirlər görərək, yoxsul insanlara gigiyenik yardımlar, 60 yaşdan yuxarı insanlara maddi dəstək və aztəminatlılara xüsusi qida dəstəyi göstərmişdir.[7]
Bəşir fondu və "Never leave me" kinofilmi
Bəşir dərnəyi bosniyalı kinorejissor Aide Beqiçlə birgə, Türkiyədə mühacir həyatını yaşamaqda olan Suriyalı sahibsiz uşaqların kədərli və gerçək həyatının anlatıldığı "Never leave me"(azərb. Məni heç vaxt tərk etmə) filmini ekranlaşdırmışdır.[8][9] Kann kinofestivalı mükafatlısı Aide Beqiç film haqqında: "Mən yetim uşaqların gözlərini heç vaxt unutmayacam" ifadələrini söyləmişdir.