Anacamptis coriophora (lat. Anacamptis coriophora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Anacamptis coriophora | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Anacamptis coriophora |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxillik bitkidir. Kökyumrusu şar və ya ellipsvari, 1(2) sm uzunluqdadır. Gövdəsi 20-40 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, lansetvari və ya xətvarilansetvari, 14 sm-ə qədər uzunluqda, 1 sm enindədir. Çiçəkqrupu çoxçiçəkli uzunsov-silindrik sünbül, 10 sm-ə qədər uzunluqdadır. Çiçəkaltlığı ensiz lansetvaridir. Çiçəkyanlığının xarici yarpaqları xətvari, lansetvari, qəhvəyitəhər-fırfır rənglidir. Dodaqcığı 3 dilimlidir. Mahmızı yumurtalıqdan 2-3 dəfə qısa, qövs şəklində aşağı əyilmişdir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Nəmli yerlərdə, bağlarda, meşə kənarlarında, çay qırağında, kolluqlarda bitir.