Bədheybətlər şirkəti (ing. Monsters, Inc.) — 2001-ci il ABŞ istehsalı animasiya filmi. "Pixar'" studiyası tərəfindən hazırlanıb. Rejissoru Piter Dokterdir. Ssenari müəllifi Endrü Stenton və Den Qersondur. Film "Bədheybətlər şirkəti"də çalışan iki yoldaş, Ceyms P. "Salli" Sallivan və onun ən yaxşı dostu Mayk Vazovskinin hekayəsindən bəhs edir.[2]
Bədheybətlər şirkəti | |
---|---|
ing. Monsters, Inc. | |
Janr | baddi-film[d], uşaq filmi[d], bədheybətlər haqqında filmlər, fentezi filmi[d], komediya filmi |
Rejissorlar | |
Ssenari müəllifləri | |
Bəstəkar | |
İstehsalçılar | Pixar, Walt Disney Pictures |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi |
28 oktyabr 2001 (El Capitan Theatre) 2 noyabr 2001 (ABŞ) |
Müddət | 92 dəq. |
Büdcə | $115 milyon |
Gəlir | $579.7 milyon |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0198781 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Salli və Maykın peşəsi insanların yaşadığı dünyaya keçid açaraq uşaqları qorxutmaqdır, şirkət bu sayədə onların qışqırığından enerji əldə edir. Bədheybətlər bu işi təhlükəli hesab edirlər, uşaqların ölümcül olduğuna inandıqları üçün onlara toxunmurlar. Bir gün səhvən insan dünyasına aparan qapı açıq qalır və Monstropolisə balaca qız uşağı daxil olur. Bunu öyrənib təlaşlanan Salli və Mayk uşağı heç kimin xəbəri olmadan öz dünyasına qaytarmalıdırlar.