Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı.
kürd. Bedîuzzeman Seîdê Kurdî | |
---|---|
kürd. سه عير نوورسی | |
Doğum tarixi | |
Doğum yeri | Bitlis, Türkiyə |
Vəfat tarixi | |
Vəfat yeri | Urfa, Türkiyə |
Vətəndaşlığı |
Osmanlı İmperiyası, {{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} |
Milliyyəti | kürd[1] |
Fəaliyyəti | ilahiyyatçı, filosof, müfəssir, müəllif |
Vikianbarda əlaqəli mediafayllar |
Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir.[2]
Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur.[3]
"Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
1915-1917-ci illərdə, Birinci dünya müharibəsi dövründə Qafqaz cəbhəsində könüllü alay komandiri olmuş və burada ruslara əsir düşmüşdür. 1917-ci ildə Kostroma Əsir Düşərgəsindən qaçaraq İstanbula qayıtmış və o dövrün ali fitva qurumu sayılan Dar-ül Hikmət-ül İslamiyədə işləməyə başlamışdır.
1925-ci ildə Şeyx Səid üsyanı baş verdi. Üsyan yatırıldıqdan sonra Şeyx Səid və üsyanın digər rəhbərləri həbs olunaraq, məhkəmə qərarı ilə edam edildilər. Səid Nursi isə üsyanla əlaqəli olduğu iddia edilərək Burdura sürgün edildi.[4] 1960-cı ildə ölümünədək Kastamonu, Emirdağ, Barla və İspartada sürgündə yaşamış, 2 dəfə həbs olunmuş, ümumilikdə 20 ay həbsdə qalmışdır.
1960-cı il 23 martda Şanlıurfada vəfat etmiş, Urfa Xəlil-ül Rəhman Dərgahında dəfn edilmişdir. 1960-cı il 27 may hərbi çevrilişindən sonra qurulan yeni Türkiyə hökumətinin qərarı ilə iyulun 12-də qəbri naməlum bir yerə köçürülmüşdür.[5][6]
Kitabları Eski said dediyi dövür kitabları (Asarı Bədiyyə) Və Yeni Said dediyi dövür kitabları (Risalei Nur) olaraq iki yerə bölünür.
Dârü’l-Hikmeti’l-İslâmiyyə’də ikən tab‘ və nəşretdiği âsâr (Esərlər)
Yeni Said dövrü kitabları bunlardır (Risalei Nur külliyatı)
Kitablardan yiğılaraq nəşr olunan əsərləri