Bəhman Hacıyev

Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar, Zəngəzur qəzası16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi.

Bəhman Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 dekabr 1926(1926-12-02)
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1998(1998-11-16) (71 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Lenin" mükafatı Azərbaycan SSR Dövlət mükafatı

Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi. 1984–1994-cü illərdə ÜETTTİ-nun direktoru idi. 1990-cı ildə "Neft yataqlarının mürəkkəbləşmiş şəraitlərdə kompleks işlənilməsi və istismarı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993–1998-ci illərdə AzETNÇİ-da işləmişdir. Uzun illər ərzində o ADNA-nın neft mədən fakültəsində pedaqoji fəaliyyət göstərmiş və AzNKİ Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Öz elmi işini o AzDNQSDETLİ-də davam etdirmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hacıyev B. Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: quyuların tədqiqatının yeni üsullarının tətbiqi; təhlükəsizlik texnikası üzrə yeni vasitələrin — qazıma və ştanqlı nasosların təmiri üzrə mexanizmlər kompleksinin işlənilməsi; ağırlaşdırılmış qazıma boruları ilə təhlükəsiz iş üçün kompleks; qaz axını yerlərinin müəyyənləşdirilməsi üçün ayerozol indikatorlarının işlənilməsi; boru kəmərlərinin təmiri üçün yapışqan kompozisiyalarının yaradılması; qazıma qüllələrinin aparıcı (daşıyıcı) qabiliyyətinin müəyyən edilməsinin dağıdıcı olmayan, dünya praktikasında analoqu olmayan yeni, təhlükəsiz üsulunun işlənilməsi.

Hacıyev B. Ə. 100-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir. İxtiealara görə 50-dən artıq müəlliflik şahədatnaməsi alıb.

Hacıyev B. Ə. SSRİ Lenin mükafatına, Azərbaycan Respublikasının Dövlət Mükafatına, həmçinin "SSRİ-nın fəxri neftçisi", "Azərbaycanın əməkdar mühəndisi" adlarına layiq görülmüşdür. O Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif olunmuşdur.

  1. Yusifzadə, Xoşbəxt. "Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim". azerbaijan-news.az. Azərbaycan qəzeti. 02 Dekabr 2011. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.