Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; 22 iyun 1942, Aşağı Rəfədinli, Qaryagin rayonu – 1998, Bakı) — bəstəkar, şair, tarzən və gitaraçı.
Bəhram Nəsibov | |
---|---|
Bəhram Paşa oğlu Nəsibov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 1998 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, gitaraçı, şair, tarzən |
Musiqi alətləri | tar, gitara |
Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub.[1] 12 yaşı olanda atasını itirir.[2] 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə"[3], "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb.[4] Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.
1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, 1998-ci ildə vəfat edib.