Aşağı Rəfədinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Rəfədinli | |
---|---|
39°28′48″ şm. e. 47°08′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Aşağı Rəfədinli kəndi düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə keçmiş Rəfədinli kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Rəfiəddinli antropotoponiminin təhrif olunmuş formasıdır.[2]
Araz çayının sol sahilindədir.[3]
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.