Bəhram Pənahov

Pənahov Bəhram Xıdır oğlu (2 iyul 1987, Qardaşkənd, Sabirabad rayonu9 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Bəhram Pənahov
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1987(1987-07-02)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2020(2020-11-09) (33 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri "Vətən uğrunda" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

2 iyul 1987-ci ildə Sabirabad rayonunun Qardaşkənd bölgəsində dünyaya gəlmişdir. 1992-ci ildə Sabirabad rayonu M.Məmmədov adına Nizamikənd tam orta məktəbinin birinci sinfinə qəbul olub.

Döyüş yolu[redaktə | mənbəni redaktə et]

Pənahov Bəhram Xıdır oğlu 2005-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıbƏsgərlik illəri Qazax rayonunun “N” saylı hərbi hissədə keçib. 2007-ci ildə hərbi xidməti müvəffəqiyyətlə başa vurub doğma kəndinə geri qayıdıb. Bəhram 12 iyul 2020-ci ildə Tovuz döyüşlərində iştitak etmişdir. Daha sonra Sabirabad rayon Hərbi Komissarlığına  gedərək könüllü olaraq ordu sıralarına yazılır. Bəhram “N” saylı hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş əməliyyatı Xocavənd istiqamətində olub. Bəhram Pənahov müharibənin bitməsinə 9 saat qalmış , 9 noyabr 2020-ci il tarixdə son döyüşünü aparıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

20 noyabr 2020-ci ildə Sabirabad rayonu Nizamikəndində dəfn olunmuşdur.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Pənahov Bəhram Xıdır oğlu Vətən yolunda göstərdiyi rəşadətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti-İlahm Əliyevin Sərəncamı ilə  “Vətən uğrunda”,”Döyüşlərdə fəqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]