Bəhram Rəcəbzadə

Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991, Urmiya) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu[1], Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi. [2][3]

Bəhram Rəcəbzadə
Bəhram Xudaverdi oğlu Rəcəbzadə
Şəxsi məlumatlar
Tam adı Bəhram Xudaverdi oğlu Rəcəbzadə
Doğum adı Bəhram Xudaverdi oğlu Rəcəbzadə
Ləqəbi Altın Kurt
Vətəndaşlığı Azərbaycan Azərbaycan  Azərbaycan
Doğum tarixi (32 yaş)
Doğum yeri Urmiya Qərbi Azərbaycan ostanı
İdman növü Kikboksinq
Karyera illəri 2013 -
Məşqçisi Çingiz Eyvazov
Boyu 187 sm.
Çəkisi 91 kq.

Həyatı və kariyerası[redaktə | mənbəni redaktə et]

Bəhram Rəcəbzadə 1991-ci ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. O, 2009-cu il WOF açıq Avropa, 2011-ci il WOF dünya çempionudur. WKF-nın dünya kəməri sahibidir. 2013-cü ildə WPKA dünya (Afina), 2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu olmuşdur. 2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana dəvət olunub və hazırda Azərbaycanı təmsil edir[4].[3] Profisional 58 döyüşdən 57 qələbəsi vardır. 2016-cı ildə ailə həyatı qurub, həyat yoldaşı da idmançıdır. Övladı yoxdur.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  2. "Bəhram Rəcəbzadə". orionsc.az. 3 iyun 2019 tarixində arxivləşdirilib.
  3. 1 2 "İdmanda olduğum illəri çox gərgin keçirmişəm- BƏHRAM RƏCƏBZADƏ". gununsesi.org. 20 sentyabr 2017. 3 iyun 2019 tarixində arxivləşdirilib.
  4. "Arxivlənmiş surət". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  5. "Arxivlənmiş surət". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.