Bəhri Məmlüklər

Bəhrilər (ərəb. البحرية‎, Bəhriyyə) — Misir, SuriyaHicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli[1] məmlüklərdən və onların nəsillərindən ibarət sülalə.

Bəhrilər
ərəb. البحرية
Ölkə
Banisi Rükunəddin Baybars
Sonuncu hökmdar Səlahəddin Hacı
Əsası qoyulub 1250
Soyun kəsilməsi 1382
Milliyyət qıpçaq
Titullar
sultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bəhrilər dövründə Məmlük sultanlığı

Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir.[2]

Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər.

Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar.

1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı.[3]

Bəhri sultanları

[redaktə | mənbəni redaktə et]
  1. Naylor, Phillip C. North Africa, Revised Edition: A History from Antiquity to the Present (ingilis). University of Texas Press. 2015. 111. ISBN 978-0-292-76190-2.
  2. El-Makrizi (1997), Al Selouk Leme'refatt Dewall al-Melouk, Kahire: Dar al-kotob,  (ərəb.), Cilt 1 say. 441
  3. Bosworth, C. E. The Mamluks // New Islamic Dynasties: A Chronological and Genealogical Manual (ingilis). Edinburgh University Press. 1996. 76–80. ISBN 978-1-4744-6462-8. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.