Bəhruz Atakişiyev (tam adı: Bəhruz Tofiq oğlu Atakişiyev; 23 noyabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Bəhruz Atakişiyev | |
---|---|
Bəhruz Tofiq oğlu Atakişiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Tofiq |
Anası | Tamara |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Sürücü |
1961-ci il noyabrın 23-də Bakıda anadan olmuşdur. 1968-ci ildə 199 nömrəli orta məktəbə qəbul olmuş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-1981-ci illərdə Rusiyanın Çita şəhərində həqiqi hərbi xidmət keçmişdir.[2] Hərbi xidmətdən sonra avtomobil dəstəsində sürücü işləmişdir.[3]
Subay idi.
Qardaşı Faiqin dediklərindən:[4]
— O gecə təxminən saat 24.00-da küçədə atəş səsləri eşitdik. Evdə oturmaqmı olardı? Fikirləşdik ki, gedək görək nə olub? Bəhruz və xalam oğlu Nizami ilə birlikdə küçədəki camaata qoşulub «Gənclik» metrosu istiqamətinə getdik. Yolda hərbçilər bizi atəşə tutdu. Burada Bəhruza güllə dəydi. Tez onu 5 nömrəli xəstəxanaya apardıq. Biz ora çatanda gecə saat 2-nin yarısı idi. Cərrahiyyə əməliyyatı da elə o vaxt başlandı. Səhər saat 6-da qurtardı. |
Aldığı xəsarətlərdən yanvarın 21-də gündüz saatlarında vəfat etmişdir.[1]
Şəhidlər xiyabanında dəfn olunub.
Bakı, Naxçıvani küçəsi, ev 6, mənzil 3.