Bəhruz Faiq oğlu Quliyev (30 sentyabr 1981, Tovuz rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru.
Bəhruz Quliyev | |
---|---|
Vəzifədədir | |
12 iyul 2023-cü ildən | |
Əvvəlki | İsmayıl Hüseynov |
22 avqust 2022 – 12 iyul 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1981 (43 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Rütbəsi |
Gömrük xidməti general-mayoru |
|
|
Təltifləri |
Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının doktorantıdır.[1]
2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir.
7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2023-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə", 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" ilə təltif olunmuşdur.
Ailəlidir, 4 övladı var.