"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı

"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalıAzərbaycan Respublikasının medalı.[1]

"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal, hərbi mükafat[d]
Statistika
Təsis tarixi 17 may 2002
Ardıcıllıq
Yüksək mükafat "Sərhəddə fərqlənməyə görə" medalı
Aşağı mükafat "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı

Medalı haqqında əsasnamə

[redaktə | mənbəni redaktə et]
  1. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
  2. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Sərhəddə fərqlənməyə görə" medalından sonra taxılır.

"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir. Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır. Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir. Arxa tərəfi hamar səthlidir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə yaşıl rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[2]

  • 30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252)
  1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2012-03-30 at the Wayback Machine  (az.)
  2. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-05.