Bəkir Coşqun

Bəkir Coşqun (1945, Şanlıurfa18 oktyabr 2020[1], Ankara[2]) - Türkiyəli jurnalist, yazıçı

Bəkir Coşqun
Bekir Coşkun
Doğum tarixi
Doğum yeri Şanlıurfa, Türkiyə
Vəfat tarixi
Vəfat yeri Ankara, Türkiyə
Vəfat səbəbi ağciyər xərçəngi[1]
Fəaliyyəti jurnalist

Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb.[3] Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”. O, öz iti Pako adı ilə qələmə aldığı yazılar dərc etdirib. TRT-də yayımlanan “Pakoya məktublar” adlı serialı başda BBC olmaqla, altı Avropa İttifaqı ölkəsinin televiziyası tərəfindən alınıb. Heyvansevər xarakterilə də tanınan yazıçı, skripka çalmağı bacarıb, təbiət və dəniz həvəskarı olub. O, yay aylarında Ayvalığın Cunda adasında yaşayıb. B.Coşqun 9 sentyabr 2009-cu ildə “Hürriyyət” qəzetindən ayrılıb, həmin ilin 25 sentyabrnda “Xəbər türk” qəzetində köşə yazarı kimi fəaliyyətə başlayıb.[4] Ancaq referendumda Ağ Partiya hökumətinin əleyhinə yazdığı yazılar səbəbindən təzyiqlə üzləşdiyini iddia edən yazıçının bu qəzetdəki işinə 20 sentyabr 2010-cu ildə son verilib.[5] O, 3 noyabr 2010-cu ildə “Cümhuriyyət” qəzetində “Onuncu kənd” köşəsində yazmağa başlayıb.. B.Coşqun bu qəzetdə yazmağa davam edərkən 14 mart 2013-cü ildən ayrılaraq “Sözcü” qəzetinin heyətinə qatılıb.

2017-ci ilin oktyabr ayında ağciyər xərçəngi müalicəsi ilə əlaqədar yazılarına fasilə verən B.Coşqun o vaxtdan sonra səhhəti imkan verdiyi müddətcə “Sözcü” qəzetindəki köşə yazıları vasitəsilə oxucuları ilə görüşməyə davam edib. Son illərində ağciyər xərçəngindən müalicə alan yazıçı, 18 oktyabr 2020-ci ildə Ankara Şəhər Xəstəxanasında ağciyər xərçəngi səbəbiylə tənəffüs tutulmasından vəfat edib.[6] O, doğulduğu Şanlıurfanın Tülmən kəndində dəfn edilib.[7]

Tənqidlər və polemikalar

[redaktə | mənbəni redaktə et]

B.Coşqun 3 may 2007-ci il tarixindəki “Göbəyini qaşıyan adam” yazısına görə bir çox yazar tərəfindən antidemokratik olmaqla tənqid edilib.[8] Onun 15 avqust 2007-ci ildə Əmin Çölaşanın yazılarına son verildikdən sonra “Hürriyyət” qəzetindən istefa verdiyi iddia edilib. Lakin yazıçı 16 avqust 2007-ci il tarixli yazısında istefa etməyəcəyini bildirib.[9] Yazıçı “O, mənim “prezidentim” olmayacaq”[10] adlı köşə yazısında Abdullah Gülün şəriət tərəfdarı olduğunu və bunun keçmişdə dediyi sözlərlə sabitləşdiyi fikrini bildirib. Bu yazıdan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan "İstəməyən vətəndaşlıqdan çıxar!" deməklə böyük tənqidlərə səbəb olan bir bəyanat verib.[11] Daha sonra yazıçı 2 avqust 2007-ci il tarixində R.T.Ərdoğana “Gedəcək yerim yoxdur” [12] yazısı ilə cavab verib. Həmçinin B.Coşqun mətbuata verdiyi açıqlamalarda “Hara gedim? Dəvə versin, Ərəbistana gedim” [13] deyərək satirik fikirlər söyləyib.

  1. 1 2 Bekir Coskun hayatini kaybetti.
  2. Son dakika… Bekir Coşkun aramızdan ayrıldı….
  3. "Arxivlənmiş surət". 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  4. "Arxivlənmiş surət". 2009-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  5. Bekir Coşkun Habertürk'ten kovuldu Arxivləşdirilib 2010-09-21 at the Wayback Machine - www.internethaber.com
  6. "Arxivlənmiş surət" (Türkçe). 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  7. "Arxivlənmiş surət" (Türkçe). 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  8. "Arxivlənmiş surət". 2008-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  9. http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=7093811&yazarid=2
  10. "Arxivlənmiş surət". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.
  11. http://www.hurriyet.com.tr/gundem/7123955.asp?gid=180&a=691282
  12. http://www.hurriyet.com.tr/yazarlar/7130035.asp?yazarid=2
  13. "Arxivlənmiş surət". 2007-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-06.