Bələncər — Dərbənddən 25 km cənubda yerləşən orta əsr Belici şəhərgahı yerində olmuş şəhər.[1]
Müasir tədqiqatçıların bir qismi ərəb müəlliflərinin məlumatlarına əsaslanaraq, Bələncəri coğrafi məkan etibarilə Sulak çayı ilə Buynaksk şəhəri arasında yerləşdirir və onu hunların keçmiş paytaxtı Varaçan şəhəri ilə eyniləşdirir; bəziləri isə Bələncərin vaxtilə Buynaksk şəhərinin ərazisində yerləşmiş olduğunu söyləyir
Bələncərin şəhər əhalisi, bizanslılar tərəfindən xristianlaşdırılan başqa xristian təbəələri kimi, xəzərlərin mülayim hakimiyəti altında yaşayan albanlar olub.[2]
Bələncər ərəblər tərəfindən hicri 104-cü ilin rəbi əl-əvvəl ayında alınmışdı (19. VIII- I7. IX.722).[3]