Bəluc soyqırımı

Bəluc soyqırımıPakistan İslam Respublikası Bəlucistan üsyanı zamanı Bəlucistan əyalətində bəluc xalqına qarşı soyqırımı törətdiyi ittihamı. 2014-cü ildən bəri ölüm qrupları, eləcə də kütləvi məzarlıqların aşkar edilməsi barədə məlumatlar var.[1][2][3] Bəluc fəalları və alimləri soyqırımın əsas günahkarları kimi Pakistan Silahlı Qüvvələrini ittiham etmişlər.[4] Soyqırımı aktları kimi etiketlənən hərəkətlərə ayrı-seçkilik etmədən hərbi hücumlar, adam oğurluğu və məcburi itkin düşmələr, habelə məhkəməsiz həbs, işgəncə, sui-qəsd və məhkəmədənkənar qətllər daxildir.[1] Pakistan Dövləti hər hansı soyqırım ittihamını davamlı olaraq rədd edir.[5][6]

Bəluc soyqırımı

Ölənlər və itkin düşənlər

[redaktə | mənbəni redaktə et]

İsveçrədə məskunlaşan bəluc təşkilatının lideri Brahumdağ Buqtinin sözlərinə görə, Cenevrə Mətbuat Klubunda etdiyi çıxışda o, 2006-cı ildən bəri qırx min bəlucun öldürüldüyünü və ən azı iyirmi min bəlucun itkin düşdüyünü iddia etmişdir.[7]

Hindistan xəbər kanallarının xəbərlərinə görə, "Bəluc İtkin Şəxslərin Səsi" (VBMP) təşkilatının lideri Mama Qadir Bəluc verdiyi açıqlamada indiyə qədər ən azı 20,000 bəluc cəsədinin tapıldığını və hələ də 60,000 bəlucun itkin düşmüş halda olduğunu bildirmişdir.[8]

Pakistan xəbər saytı "The Express Tribune" Mama Qadir Bəlucun sözlərini başqa formada vermiş, Bəlucistanda 21,000 bəlucun itkin düşdüyünü və 6,000 bəlucun cəsədinin olduğunu bildirmişdir.[9]

Pakistan hökumətinin rəsmisi Can Açaqzay əyalətdə itkin düşən 2,200 nəfərin tapıldığını açıqlamışdır. O, növbəti mətbuat konfransı zamanı Bəlucistanda itkin düşdüyü bildirilən 2,700 nəfərdən 2,200-nün ailələrinə qovuşduğunu açıqlamışdır. Açaqzay bildirmişdir ki, Bəlucistanda 468 nəfər hələ də itkin düşmüş vəziyyətdədir.[10]

2001-ci ildən bəri bəluc fəalları və mülki şəxslər Pakistan Dövlət Təhlükəsizlik Qüvvələri və ya Kəşfiyyat İdarələri tərəfindən saxlanılmış, çoxu işgəncədən sonra öldürülmüşdür. Tam dəqiq rəqəm məlum deyildir, lakin Pakistan Məcburi İtkinliklər üzrə Araşdırma Komissiyası 2014–2019-cu illərdə Bəlucistanda 5,000 şəxsin məcburi itkin düşdüyünü bildirmişdir. Yerli insan haqları qrupları bildirmişdilər ki, bu rəqəm 20,000-ə qədərdir və onlardan 2,500-dən çoxunun ölü tapılmışdır. Onların məlumatına görə, bu rəqəm Bəlucistanda gündəlik adam oğurluğu səbəbilə artmaqdadır.[1] Sərdar Axtar Menqalın qardaşı Bəlucistanda itkin düşən ilk insandır.[11]

Ölüm dəstələri

[redaktə | mənbəni redaktə et]

Pakistan hərbçilərinin artıq onilliklərdir ki, ölüm dəstələrdən istifadə etdiyinə dair məlumatlar var. Dərin araşdırmalar göstərir ki, 2010-cu illərdən bəri, xüsusən də ölkənin cənub-qərb rayonlarında, Bəlucistan əyalətində özəl milislər adına ölüm dəstələrindən istifadə praktikası institutlaşdırılmışdır. Məlumata görə, şimaldakı islamçı qrupların bir çoxunun cənubdakı ölüm qruplarının üzvləri ilə də əlaqələri var. İslamçı Şəfiq Menqal 2008-ci ildə ölüm qrupu kimi tanınan belə bir özəl milis yaradan ilklərdən biri hesab olunur. Şəfiq Menqaldan başqa Zəkəriyyə M. Həsni adlı islamçı da belə bir dəstə yaratmışdır. Həsninin təkcə Xuzdarda yox, bütün Pakistanda bəluc aktivizmi ilə əlaqəli insanların sui-qəsdə uğraması və oğurlanmasına görə məsuliyyət daşıdığına inanılır. Bəzi mənbələrə görə, onun bacısı Pakistan Ordusunda zabitdir.[12]

Keç rayonunda Pakistan hərbçiləri Rəşid Pathanın rəhbərlik etdiyi bir neçə ölüm dəstəsini dəstəkləmişdir. Rəşidin qaynı Pakistan dövlətinə qarşı döyüşən separatçı təşkilat olan Bəluc Azadlıq Cəbhəsinin əsas komandiri idi və 2010-cu ildə Rəşidin köməyi ilə Pakistan kəşfiyyatının əməliyyatı zamanı öldürülmüşdür. Rayonda Rəşiddən başqa təqsirləndirilən digər milis rəhbəri Samir Səbzaldır. Bir qadının öldürülməsi və beş yaşlı uşağının yaralanması ilə nəticələnən atışmada onun ölüm dəstəsi iştirak etmişdir. Keçdə olan başqa bir ittiham olunan milis rəisi 2010-cu ildən bu ərazidə dini seminariyaya rəhbərlik edən Sərdar Əzizdir.[13]

Bu üç ölüm dəstəsinin ərazisinə qonşu olan Pəncgur rayonudur. Burada sərhədyanı qaçaqmalçılıqla məşğul olan narkobaron Məqbul Şambəzi dövlət tərəfindən dəstəklənən özəl milislərə rəhbərlik edir. Şambəzi haqqında çox az şey məlumdur, ancaq o, qeyri-qanuni ticarətlə məşğuldur və ölüm dəstəsini idarə edir. Pəncgur 2000-ci illərin sonundan bəri regionda mötədil üsyanın şahidi olmuşdur.[13]

Sirac son öldürülənə qədər Mastunqda özəl milisə rəhbərlik edirdi. Komandanı idarə etməklə yanaşı, o, qardaşı – Bəlucistanın keçmiş Baş Naziri vəzifəsində çalışan Nəvab Aslam Raysani ilə siyasi cəhətdən fəal bir ailədəndir. Pakistan ordusu əyalətdəki bu ölüm dəstələrinin çoxuna dəstək verməyə davam etmişdir. "South Asia Press"in müsahibə etdiyi jurnalistlər, fəallar və siyasi mənbələr son bir neçə ildə siyasətdə tədricən dəyişiklik olduğunu demişdir.[13]

Kütləvi məzarlıqlar

[redaktə | mənbəni redaktə et]

25 yanvar 2014-cü ildə Pakistanın qərbindəki Bəlucistan əyalətinin Xuzdar rayonunda üç kütləvi məzarlıq aşkar edilmişdir. Cəsədlər şəxsiyyətlərini müəyyən etmək üçün çox çürümüşdü. Xəbər yayılan kimi insanlar məzarların ətrafına toplaşaraq yaxınlıqdakı ərazidə qazmağa başlamış və orada daha iki kütləvi məzar aşkar edilmişdir.[14] Asiya İnsan Haqları Komissiyası (AHRC) bildirmişdir ki, indiyədək məzarlardan 169 cəsəd çıxarılmışdır. Pakistan rəsmiləri isə bu iddiaları təkzib etmiş, cəsədlərin ümumi sayının cəmi 15 nəfər olduğunu iddia etmişdir. Pakistanın müstəqil İnsan Haqları Komissiyası HRCP hökumətin rəqəmləri ilə mübahisə edir. HRCP sədri Zöhrə Yusif "Deutsche Welle"yə demişdir ki, "Xuzdar sakinləri bizə tapılan meyitlərin sayının 15-dən çox olduğunu deyiblər". Hüquq müdafiəçisi məzarların tapılmasını separatçılarla İslamabad arasında davam edən Bəlucistan münaqişəsi ilə əlaqələndirmişdir.[15]

Adının çəkilməsini istəməyən bir təhlükəsizlik rəsmisi indiyə qədər 56-ya yaxın naməlum məzar tapdıqlarını və daha çox məzarın olduğunu söyləmişdir. Bu cəsədlərin itkin düşən bəluclara aid olduğu iddia edilmişdir.[14] Hökumət rəsmiləri tərəfindən Bəlucistanda bir çox güllələnmiş cəsədin qeyd olunmamış məzarlıqlara atıldığının təsdiqləməsi təhlükəsizlik qüvvələrinin illər ərzində hökumətə qarşı xalq üsyanını yatırtmaq məqsədilə həyata keçirdiyi kobud insan haqları pozuntularını ifşa etmişdir.[16] Pakistan Ordusu heç bir mülki şəxs və ya media orqanının əraziyə getməsinə icazə vermir. Əraziyə daxil olmaq istəyən hər kəs Ordu tərəfindən atəşə məruz qalır. Bəluc soyqırımının XXI əsrin ən böyük kütləvi qətllərindən biri olduğuna inanılır.[17]

Bəluc milliyətçiləri iddia edirlər ki, Pakistan hökuməti onları öz əyalətlərində azlığa çevirməyə çalışır. Onlar bunu Pakistan dövlətinin etnik qrupların varlığına son qoymaq üçün planlı cəhdi kimi qiymətləndirirlər.[18]

  1. 1 2 3 "Pakistan". World Without Genocide (ingilis). 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  2. "PAKISTAN: UN must send fact-finding mission to Balochistan and appoint UN Special Rapporteur". Asian Human Rights Commission (ingilis). 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  3. "Baloch Community Observe 'Black Day' On March 27". www.india.com (ingilis). 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  4. "Pakistan: Marching for the thousands who disappeared in Balochistan". BBC News (ingilis). 2024-02-03. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
  5. "Pakistan's Insistence on Denial | Hudson". www.hudson.org (ingilis). 2024-05-22. İstifadə tarixi: 2024-06-08.
  6. "Baloch insurgency". Deutsche Welle (ingilis). İstifadə tarixi: 2024-06-08.
  7. "1, 40,000 killed, at least 20,000 Baloch are missing since 2006 : Nawab Brahumdagh Bugti – Balochistan Point" (ingilis). 2014-03-01. İstifadə tarixi: 2024-06-05.
  8. Kinra, Mark. "Pakistan is worse than Mongol ruler Hulagu Khan: Baloch leader Mama Qadeer". Indianarrative (ingilis). 2023-05-18. İstifadə tarixi: 2024-06-05.
  9. "Raising his voice: 21,000 missing in Balochistan, says Mama Qadeer". The Express Tribune (ingilis). 2015-04-16. İstifadə tarixi: 2024-06-05.
  10. "2,200 missing persons 'found' in Balochistan". The Express Tribune (ingilis). 2024-01-12. İstifadə tarixi: 2024-06-05.
  11. "Mengal arrested and shifted to Karachi". Gulf News (ingilis). 2006-12-26. İstifadə tarixi: 2024-06-05.
  12. Baloch, Shah Meer. "Is the Islamic State Now in Pakistan's Balochistan Province?". thediplomat.com (ingilis). İstifadə tarixi: 2024-06-08.
  13. 1 2 3 "EXCLUSIVE: How Pakistan Army runs Death Squads in Balochistan | South Asia Press" (ingilis). 2021-04-27. İstifadə tarixi: 2024-06-05.
  14. 1 2 "Mass murder in Balochistan – DW – 01/28/2014". Deutsche Welle (ingilis). İstifadə tarixi: 2024-06-08.
  15. "Mass murder in Balochistan". Deutsche Welle (ingilis). 28 January 2014. İstifadə tarixi: 2024-06-05.
  16. Johar, Lateef. "The tragic story of a Baloch family from the 'town of mass graves'". Human Rights Council of Balochistan (ingilis). 2019-04-12. İstifadə tarixi: 2024-06-08.
  17. "More than 100 dead bodies from three mass graves were found in one district of Balochistan - Pakistan | ReliefWeb". ReliefWeb (ingilis). 2014-01-27. İstifadə tarixi: 2024-06-05.
  18. Jamal, Umair. "Pakistan's Balochs Fear Minority Status in Their Own Province". The Diplomat (ingilis). 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.