Bənövşəyi-göy eqonixon

Bənövşəyi-göy eqonixon - (lat. Aegonychon purpureo-coeruleum)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik 30-50 sm hündürlükdə bitkidir. Kökümsovu qısa, ağaclanmış və az budaqlanandır. Gövdəsi aralı tükcüklü, sıx yarpaqlıdır. Yarpaqları oturaq, lansetvari, tamkənarlı, iti və ya küt, 2-4 sm uzunluqdadır. Çiçəkqrupu yaba şəklində 2-3 sayda, hərdən isə tək-tək yerləşərək qısa, azçiçəkli boş buruqlar şəklindədir, ləçəkləri lansetvaridir. Çiçək tacı 15 mm uzunluğunda, göy-bənövşəyi rəngli, bükük zəngşəkillidir. Meyvə saplağı qısa və qalındır; fındıqçalar 4–5 mm uzunluqda, yumurtavari, küt, hamar və parıldayan, ağ rənglidir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Meşədə, kolluqların arasında, bağçalarda, dirriklərdə bitir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.