Bəndər (şəxs)

Bəndər – sənətkar, 1231-ci ildə Gəncədə sənətkarların və şəhər yoxsullarının xarəzmşah Cəlaləddinə qarşı yönəlmiş üsyanının rəhbəri.

Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması səbəb olmuşdu. Mənbənin verdiyi məlumata görə, üsyançılar "şəhərin rəisinin sarayını darmadağın etdilər, məmurları və nökərləri öldürdülər, xarəzmşahların hərbi qarnizonlarını məhv etdilər". Qoşunla Gəncəyə yaxınlaşan Cəlaləddin üsyançılara silahı yerə qoymağı əmr etdi və onları bağışlayacağını bildirdi, lakin üsyançılar təslim olmaqdan imtina etdilər. Şəhərin mühasirəsinə başlandı. Bəndər şəhərdən çıxıb Cəlaləddinin hərbi düşərgəsinə basqın etməyi qərara aldı, lakin üsyançılar düşmən süvarisinin həmləsinə tab gətirə bilmədilər. Xarəzmşahın qoşunu şəhərə soxuldu. Üsyançıların rəhbərlərindən 30 nəfəri şəhərin darvazaları yanında asıldı, Bəndər özü isə şaqqalandı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]