Bəndovan burnu[1] — Şirvan düzünün Xəzər dənizi içərisinə çıxdığı yerdir. Burnun ərazisində Bəndovan vulkanı yerləşir. Burnun yaranmasın səbəbi vulkanın gilli suxurları səthə buraxması nəticəsində quru səthin genişlənməsinə səbəb olmuşdur. Ən hündür nöqtədi 47,2[2] metr təşkil edir. Burun hazırda Bəndovan dövlət təbiət yasaqlığı ərazisində yerləşir. Bəndovan burnundan bir qədər şimalda Yuxarı Şirvan kanalı dənizə tökülür. Dənizdən aşkar şəkildə müşahidə edilir. Ərazi inzibati cəhətdən Qaradağ rayonu ərazisinə daxildir.
Bəndovan burnu | |
---|---|
Yerləşməsi | |
39°42′12″ şm. e. 49°24′41″ ş. u.HGYO | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
|
1970-ci illərdə dəniz suyunun enməsi ilə bəndovan burnu ərazisində yaşayış məntəqələrinin qalıqları aşkarlanmşdır. Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı tikililər, dulus kürələri, orijinal şirli və şirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılmışdır.
Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat vermişdir.