Bərdə Dövlət Dram Teatrı

Bərdə Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərmiş dram teatrlarından biri.

Bərdə Dövlət Dram Teatrı
Ümumi məlumatlar
Teatrın tipi Kukla Teatrı
Əsası qoyulub 1944
Yerləşməsi
Ünvan Azərbaycan Azərbaycan, Bərdə

Teatr 1944-cü ilin sonlarında yaradılıb və fəaliyyətə 1945-ci il may ayının 1-də başlayıb. Mürşüd Haşımlı, Ağası Zeynalov və Oqtay Xəlilov bədii rəhbər, Alp Ağamirov və Yusif Məmmədov aktyor-rejissor, Abbas Babayev rəssam, İsfəndiyar Abdullayev musiqi hissə müdiri olublar.

1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdi. Maddi çətinliklərlə qarşılaşan Bərdə Teatrı 1948-ci ilin mart-aprel aylarında bağlandı və əmlakın əsas hissəsi Ağdam Dövlət Teatrına verildi. Truppanın bir sıra aktyorları və rekvizitin, butaforun, geyimin az bir hissəsi Bərdə rayon mədəniyyət evinin sərəncamına keçdi [1].

Truppanın üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Süleyman Quliyev
  • Nəkəddin Quliyev
  • Çıraq İsmayılov
  • Əvəz İsmayılov
  • Əyyub Qəhrəmanov
  • İsfəndiyar Abdullayev
  • Nüsrət Muxtarov
  • Mikayıl Nuriyev
  • Musa Cəfərov
  • Əyyub Qəhrəmanov
  • Kəriş Hacıyev
  • Xuduş Məmmədov
  • Əhməd Əhmədov
  • Abbas Köçərli
  • Ayaz Köçərli
  • Tamara Əliyeva
  • Zemfira Şərifova
  • Şura Şərifova
  • Səlimə Atakişiyeva
  • Xanım Ağayeva
  • Qumru Hacıyeva
  • Tahirə Quliyeva
  • Hökümə Babayeva
  • Adilə Muxtarova
  • Hökümə Zeynalova
  • Gülnaz Yusifova

Teatrın əsas repertuarı

[redaktə | mənbəni redaktə et]

Teatrın əsas repertuarı: "Aydın", "Sevil", "Yaşar" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Eşq və intiqam" (Süleyman Sani Axundov), "İntizar" (Mehdi Hüseynİlyas Əfəndiyev),

Musiqili tamaşalardan: "Ər və arvad", "Məşədi İbad" (Üzeyir Hacıbəyov), "Beş manatlıq gəlin" (Məmməd Səid OrdubadiSəid Rüstəmov), "Durna" (Süleyman RüstəmSəid Rüstəmov);[2].

  1. İlham Rəhimli.Azərbaycan Teatr Ensiklopediyası Bakı. 2016
  2. "Bərdə Dram Teatrı". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.