Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970[1], Bakı[1]) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.
Sabit Rəhman | |
---|---|
Sabit Kərim oğlu Mahmudov | |
Doğum tarixi | 26 mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1970[1] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, dramaturq, ssenarist |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".
"Vəfasız", "Son faciə".
"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
"Nina".