Bərzigər

BƏRZİGƏR (far. ﺒﺮزﮔﺮ – əkinçi sözündən) – orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaqsız, yaxud aztorpaqlı icarədar kəndli.

Bərzigər bilavasitə mülkədar torpağını icarəyə götürdükdə alınan məhsul 3 hissəyə (dövlət, torpaq sahibi və icarədar arasında) bölünürdü. Bərzigərlər bəzən mülkədarın icarəyə götürdüyü dövlət torpaqlarında da işləyirdilər. Torpağın becərilməsi ilə əlaqədar xərci mülkədar çəkirdi. Bəzi tədqiqatçıların ehtimalına görə, mülkədar torpağın becərilməsi üçün qoyulan xərci götürdükdən sonra məhsulun üçdə biri Bərzigər , qalanı isə dövlətə və icarədar mülkədara çatırdı. Orta əsrlərdə, xüsusilə 13– 14 əsrdərdə Azərbaycanda çoxlu bərzigər vardı.  

İstinadlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 584–585. ISBN 978-9952-441-07-9.