Bəxtiyar İskəndərzadə

Bəxtiyar Əziz oğlu İskəndərzadə(d. 17 noyabr 1983, Bakı ş., Azərbaycan) — kikboksinq üzrə ikiqat dünya çempionu.

Bəxtiyar İskəndərzadə
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı ş.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əziz İskəndərzadə
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

1983-cü il noyabr ayının 17 də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı şəhər, Biləcəri qəsəbəsindəki 2 nömrəli (hal hazırda 297 nömrəli) tam orta məktəbin 1-ci sinfinə qədəm qoyur, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə bitirir. 2000-ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademyasına daxil olur və 2004-cü ildə Akademyanı bitirir. 2006-cı ildə Azərbaycanın ordu sıralarında hərbi xidmətdə olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Kikboksinq idman növü ilə məşğul olmağa başalayır. 2004 ildə Moskvada keçirilən World profi uzre dünya kubokunun qalibi, 2006-cı ilde Makedoniyada keçirilən WAKO versiyasi üzrə k 1 növündə Avropa 2-cisi, 2008-ci ildə kyuprusda World profi üzrə dünya çempionu və 2005, 2007, 2008-ci illərdə Azarbaycan cempionu adlarını qazanmışdır. Peshekar kikboksda 25 döyüşdən 23 qalibiyyəti olmuşdur. Peşəkar kikboksinqde 2 dəfə Avropa ve dünya kəmərini qazanmışdır. 2016-cı ildə ilin yekunlarına görə, ilin ən yaxşı idmançısı adına layiq görülür.

WAKO-nun Avropa Çempionatının gümüş mükafatçısı olan Bəxtiyar İskəndərzadə Almaniyada yaşayır, lakin Beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası İskəndərzadə Əziz Xaməmməd oğlu 35 il Daxili İşlər orqanında çalışmış, hal hazırda təqaüddədir. Anası İskəndərzadə Ramiyə İmran qızı BDU-da çalışır. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Bacıları İskəndərzadə Hicran BDU-nun Şərqşünaslıq, İskəndərzadə Nisə isə Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişlər. Qardaşı Vüsal İskəndərzadə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Dövlət orkestrinin, Azərbaycan Dövlət radio və televiziyasının solistidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı kikboksçu". 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]