Jurnalistika |
---|
Jurnalistika — hadisələrin, faktların, ideyaların və insanların qarşılıqlı əlaqəsi haqqında "günün xəbəri" olan və cəmiyyəti ən azı müəyyən dərəcədə dəqiqliklə məlumatlandıran reportajların hazırlanması və yayılması. İsim olan bu söz peşəyə (peşəkar və ya həvəskar), məlumat toplamaq üsullarına və ədəbi üslublara aid edilir.
Jurnalistika üçün uyğun rol ölkədən ölkəyə, peşə haqqında təsəvvürlərə və nəticədə statusa görə dəyişir. Bəzi ölkələrdə xəbər mediası hökumət tərəfindən idarə olunur və müstəqil deyil.[1] Digərlərində xəbər mediası hökumətdən müstəqildir və özəl sektor kimi fəaliyyət göstərir. Bundan əlavə, ölkələr söz azadlığı, mətbuat azadlığı, eləcə də böhtan ilə əlaqədar qanunları fərqli tətbiq edə bilər.
İnternetin və smartfonların yayılması XXI əsrin əvvəllərindən bəri media mənzərəsinə əhəmiyyətli dəyişikliklər gətirmişdir. Bu, çap media kanallarının istehlakında dəyişiklik yaratmışdır, çünki insanlar qəzet, jurnal və ya televiziya xəbər kanallarının ənənəvi formatlarından fərqli olaraq elektron kitablar, smartfonlar və digər şəxsi elektron cihazlar vasitəsilə xəbərləri getdikcə daha çox istehlak etmişdilər. Xəbər təşkilatları rəqəmsal qanadlarından tam şəkildə pul qazanmaqla yanaşı, dərc edərək yayımladıqları kontekstdə improvizasiya etməkdə də çətinlik çəkirlər. Qəzetlər çap gəlirlərinin rəqəmsal gəlirlərin artım sürətindən daha sürətlə azaldığını görmüşdülər.[2]
Jurnalist konvensiyaları ölkədən asılı olaraq dəyişir. ABŞ-də jurnalistika media təşkilatları və ya ayrı-ayrı şəxslər tərəfindən hazırlanır. Blogerlər çox vaxt jurnalist kimi qəbul edilir. Federal Ticarət Komissiyası reklam hədiyyəsi olaraq alınan məhsullar haqqında yazan blogerlərdən məhsulları ödənişsiz aldığını açıqlamasını tələb edir. Bu, maraqların toqquşmasını aradan qaldırmaq və istehlakçıları qorumaq məqsədi daşıyır.[3]
ABŞ-də bir çox mötəbər xəbər təşkilatları korporativ qurumlardır. Həmçinin, onların redaksiya şurası var, ayrıca redaksiya və reklam departamentləri nümayiş etdirirlər. Bir çox mötəbər xəbər təşkilatları və ya onların işçiləri çox vaxt Amerika Xəbər Redaktorları Cəmiyyəti, Peşəkar Jurnalistlər Cəmiyyəti, Tədqiqatçı Reportyorlar və Redaktorlar və ya Onlayn Xəbərlər Assosiasiyası kimi peşəkar təşkilatların etikasına riayət edir. Bir çox xəbər təşkilatlarının da jurnalistlərin peşəkar nəşrlərini istiqamətləndirən öz etik kodeksləri var. Məsələn, "The New York Times"ın standartlar və etika kodeksi var.[4]
Bir çox debatlar jurnalistlərin "obyektiv" və "neytral" olmasının “gərəkli” olub-olmaması ilə bağlıdır. Arqumentlərə jurnalistlərin xəbərləri konkret sosial kontekstdən kənarda və onun bir hissəsi kimi hazırlamaları, onların peşəkar etik kodeksləri rəhbər tutmaları və bütün qanuni baxış bucaqlarını təmsil etmək üçün əllərindən gələni etmələri daxildir. Bundan əlavə, mövzunun mürəkkəb və axıcı hekayəsini kifayət qədər dəqiqliklə göstərmək bacarığı, bəzən subyektlərlə sərf etmək üçün mövcud olan vaxt, hekayəni izah etmək üçün istifadə olunan mühitin imkanları və insanların şəxsiyyətlərinin inkişaf edən təbiəti ilə çətinləşir.[5]
Müsahibə həm informasiya toplamaq metodudur, həm də jurnalistikanın aparıcı informasiya janrıdır. Müsahibə bir növ söhbətdir, iki və ya daha çox insanın söhbətidir, bu zaman müsahibə götürən şəxs həmsöhbətlərinə sual verir. Bir sıra sosial və humanitar elmlərdə (psixologiya, sosiologiya, kommunikasiya, PR, marketinq və s.), eləcə də insan fəaliyyətinin müxtəlif sahələrində (məsələn, jurnalistikada, kadrların idarə edilməsində) tədqiqat metodu kimi istifadə olunur.[6]
Redaktora və ya xəbər masasına məktub çox zaman yaxşı hekayə və məruzələr üçün mövzudur, əsasən də ictimai məsələlər, qərarların planlaşdırılması, mərkəzi hökumətin siyasəti və ətraf məsələləri ilə əlaqə üçün. Lakin materialdan istifadə etmək üçün yazıçıdan icazə almaq əsas şərtdir və mətnin konteksti düzgünlük üçün mütləq yoxlanılmalıdır.[7]
İxtisaslaşmış reklamlar əsasən də doğum, ölüm və nikah sektorları çap və yayım mediası üçün insan mərkəzli hekayələrin inkişafına gətirib çıxarır.[8]