Kərimov Bəxtiyar Əxi oğlu — azərbaycanlı aktyor.
Bəxtiyar Kərimov 1 fevral 1948-ci ildə Bakıda doğulub. 21 fevral 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Bakı Dövlət Kukla teatrında və Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyib. 15 oktyabr 1973-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur.
- Söhrab və Rüstəm (İskəndər Coşğun) — sərkərdə
- Ana laylası (İskəndər Coşğun) — Qoşqar baba
- Həyatın astanasında (Məmmədov) — Altay
- Ölüm hökmü (Elçin) — Professor Zilber
- Təlxəyin nağılı (Firuz Məmmədov) — qarınqulu
- Qarışqa şıllaq atdı (Qılman İlkin) — Xaqan
- Cücələrim (Tofiq Mütəllibov) — çempion xoruz
- Oxu bülbül, oxu (Aygün Həsənoğlu) — bayquş
- Mənim nəğməkar bibim (Əkrəm Əylisli) — kor
- Məhəbbət bir bəladır (Əhməd Orucoğlu) — Muxtar
- Ruhlar qapını döyür (Rauf İçərişəhərli) — prokuror
- Səhvlər komediyası (Vilyam Şekspir) — məmur
- Yaddaş ağrısı (Hüseynbala Mirələmov) — Ötərxan
- Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — minbaşı
- Sən həmişə mənimləsən (İlyas Əfəndiyev) — Fərəc
- Ezop (Qilyermo Fiqeyredo) — Aqnostos
- Ağ dəvə (Elçin) — Muxtarın rəisi
- Qaraca qız (Süleyman Sani Axundov, Abdulla Şaiq) — Əlləz
- Şeyx Sənan (H.Cavid) — Şeyx Cəfər
- Məkkəyə gedən yol (C.Məmmədquluzadə) — Kərbəlayı Səbzəli
- Oliver Tvistin macəraları (Ç.Dikkens) — meyxana sahibi
- Romeo və Cülyetta (U.Şekspir) — mühafizəçi
- Hacı Qara (M.F.Axundazə) — Murov
- Əlincə qalası (Dilsuz) — Nuhun qövmü
- Buratinonun macəraları (A.Tolstoy) — şəhərli
- Nizami (film, 1982)
- Kölgədə 40 dərəcə isti (film, 1988)
- Təxribat (film, 1989)
- Qətl günü (film, 1990)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Etiraf (film, 1992)
- O dünyadan salam (film, 1991)
- Qara "Volqa" (film, 1994)
- Yük (film, 1995)
- Dağıdılmış körpülər (film, 1996)
- Yeni həyat (2005)
- Yoxlama (film, 2006)
- Cavid ömrü (film, 2007)