Filmin baş qəhrəmanı-keçmiş tələbə (Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və… çıxış yolunu özünə qəsd etməkdə görür.
Etiraf | |
---|---|
Fayl:Etiraf (film, 1992).jpg | |
Janr |
dram cinayət triller |
Rejissor | Şamil Əliyev |
Əsərin müəllifi | Nəcib Məhfuz |
Ssenari müəllifləri |
Şamil Əliyev Cəmil Quliyev |
Baş rollarda |
Elşən Rüstəmov — Azad Nara Nağıyeva — Nuriyyə Süleyman Ələsgərov — Axund Əli Rasim Balayev — Qabil |
Operator | Rövşən Quliyev |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Əziz Məmmədov |
İstehsalçılar |
"AMAfilm" Kinoşirkəti "Günay" Kiçik Müəssisəsi |
İlk baxış tarixi | 1992 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1992 |
Texniki məlumatlar |
9 hissə 2384 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID1188416 |
Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib.