Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır.
Bəyazid Öztürk | |
---|---|
Doğum tarixi | 12 mart 1969 (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, televiziya aparıcısı, kino aktyoru |
Təhsili | |
IMDb | ID0079876 |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir.[1]
Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu.
Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı. Ancaq "r" hərfini tələffüz edə bilməməsinə görə , aparıcılıq niyyəti baş tutmadı və yalnız program hazırlamaqla kifayətləndi.
Yenə də qaydaları pozaraq səsini dinləyicilərə çatdıran Öztürk, fərqli və zarafatcıl imici ilə böyük izləyici sevgisi topladı. Bundan sonra o, dostunun yaratdığı "Gənc Radio"da proqram aparmağa davam etdi və dostları ilə birlikdə, siyasi tərkibli bir yumoristik jurnal olan "Gına"nı çıxarmağa başladı. "Beyaz" ləğəbini ilk dəfə bu jurnal üçün yaratdığı karikatura adı altında istifadə etdi. Eskişehirdə olduğu bu vaxtda, iki heykəl, iki keramika, bir karikatura sərgisi açan Öztürk, son olaraq da bir karma seramik sərgisinə qatıldı.