Bolu — Türkiyənin Qara dəniz regionunun Qərbi Qara Dəniz hissəsində yerləşən il.
Bolu ili | |
---|---|
Bolu ili | |
| |
|
|
Ölkə | |
Daxildir | Qara dəniz regionu |
İnzibati mərkəz | Bolu |
Qubernator | Əhməd Ümid |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Türkcə |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-14 |
Telefon kodu | 374 |
Poçt indeksi | 14000–14999 |
Avtomobil nömrəsi | 14 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İl əhalisi 303.184 nəfərdir. Bu əhalinin 73,4% -i şəhərlərdə yaşayır. İlin sahəsi 8.313 m²-dir. Hər km² başına 36 nəfər düşür. (Bu rəqəm mərkəzi ilçədə 121-dir.) İl ərzində əhalinin illik artım tempi 3.02% təşkil etmişdir. Şəhərin dənizdən hündürlüyü 741 metrdir.
2016-cı ildə TÜİK məlumatlarına görə, bu bələdiyyələrdə 9 ilçə, 12 bələdiyyə, 93 məhəllə və 487 kənd var.
Bebriklərin Bolu bölgəsində ilk məskunlaşdıqları güman edilir. Eramızdan əvvəl 8-ci əsrdən sonra qərbdən gələn Bitinlilər, Bebrikiyanın adı ilə tanınan bu bölgədə məskunlaşdılar. Daha sonra Bitiniya adlanan bu ərazilərdəki əsas yaşayış məntəqələri Kienos və Bitinion (bugünkü Bolu) idi. İskəndərin ölümündən sonrakı dövrdə Bolu bölgəsində müstəqil Vifiniya Krallığı quruldu.
Roma dövründə Bitinium adlandırılan şəhər, İmperator Klavdinin dövründə Klavdipolis adlandırıldı. E.ə XII əsrin əvvəllərində İmperator Hadrianus Antinoos'un doğduğu yer səbəbiylə əhəmiyyət qazanan şəhər sonradan Hadrionapolis adlanmağa başladı. Bölgəyə XI əsrdə gəlməyə başlayan türkmənlər, yepiskop mərkəzi olan və Bizans dövründə Polis adlandırılan şəhəri Bolu adlandırdı.