Bəyazid Dövlət Kitabxanası — (keçmiş adı:kütüphane Ümumi Osmani) Bəyazid məscidi və tarixi Çarşılar bazarı arasında, Bəyazid meydanına tərəf iki tarixi binada 1884-cü ildən tədqiqatçılar üçün xidmətə verilən kitabxanadır.
Bəyazid Dövlət Kitabxanası | |
---|---|
Beyazıt Devlet Kütüphanesi | |
Ümumi məlumatlar | |
Ölkə | Türkiyə |
Tipi | Milli Kitabxana |
Yaradılıb | 1884 |
Ünvan | İstanbul |
Sayt | istanbulbeyazitdevlet.kutuphane.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyədə dövlət tərəfindən yaradılan və əmələ gəlmə şəraiti bütün detallarıyla məlum olan ilk kutabxanadır[1]. Kitabxanada təxminən yarısı kitab olmaq üzrə cəmi bir milyona yaxın vəsait saxlanılır. Kitabların 11.120 nüsxəsi əl yazma əsərlərdən ibarətdir. 2003-cü ildə Haqqı Tarıq Us Kolleksiyasının kitabxanaya təhvil verilməsindən sonra qəzet-jurnal bölümü Türkiyənin ən əhəmiyyətli arxivi halına gəlmişdir.
Qurum, Avropadakı milli kitabxanalara bənzər bir kitabxananı İstanbulda yaratmaq ideyasının nəticəsi olaraq ortaya çıxdı[2]. Bu ideyanın reallaşmasına dövrün Maarif Naziri Mustafa Nuru Paşa, sədrəzəm Mehmed Səid Paşa və sultan II Əbdülhəmid rəhbərlik edib. Kitabxana binası kimi istifadə edilmək üçün Bəyazid məscidi kompleksi imarətinin bir hissəsinin təmir edilib istifadə edilməsinə qərar verildi. İmarətinin altı günbəzli hissəsinin (indi oxu zalı olan hissə) təmir edilib düzəldilməsi işi Məktəbi Mülkiyə binasını da inşa edən Ohannes Kalfaya həvalə edilib. II Bəyazid dövründə 1501–1506-cı illər arasında inşa edilmiş bina, 27 sentyabr 1882-ci ildə başlayan bərpa işləri nəticəsində yenilənmiş və 27 iyun 1884-cü ildə "Kütüphane-i Umum-i Osmanî" adı ilə Maarif nəzarətinə bağlı bir kitabxana olaraq xidmətə başlamışdır.
Açılış zamanı kitabxananın boş rəflərinə "Naima tarixi" cildləri qoyulub. Daha sonra kolleksiya Bəyazid məscidindən gətirilən kitablar, digər təkkə və zaviyələrdən toplananlar, satın alınan və ianə yolu ilə təmin olunan kitablarla zənginləşdirildi[2]. Təşkilatın üçüncü ilində kolleksiya, 4164 kitabdan ibarət oldu. Kitabxanaya təyin olunan ilk rəhbər Tahsin Əfəndi idi. Kitabxananın ilk illərində kitabxanaya böyük maraq göstərilirdi[3]. Saray nümayəndələri Cümə namazından qayıdarkən özlərinə ayrılmış oturacaqlarda oturub oxuyardılar. Bir-birini təqib edən Balkan Müharibələri, I Dünya müharibəsi və Qurtuluş Savaşı illərində kitabxana bir anbar halına gəldi.
Cümhuriyyət dövründə Bəyazid kitabxanası adı ilə xidmət edən kitabxana, 1934-cü ildə çıxarılan Basma yazı və Şəkilləri toplama qanunu çərçivəsində toplanacaq əsərlərin bir nüsxəsinin göndəriləcəyi yığma kitabxanalarından biri oldu. Bu qanun, kitabxana kolleksiyasının sayını və növünü daha da zənginləşdirdi.
1896-cı ildə kitabxanaya direktor təyin olunmuş İsmayıl Saip Səncər, vəzifəsini 1939-cu ilə qədər davam etdirdi. Kitabxana çox sayda siçan basdığı üçün onun idarə etdiyi dövrdə kitabxanada çox sayda pişik saxlayırdı. Pişik həvəskarı olan İsmayıl Saipin dövründə kitabxana "pişikli kitabxana" adlandırılmağa başladı. İsmayıl Saipdən sonra onun məsləhətilə yerinə Necati Lugal təyin edildi. 1939–1943-cü illər arasında Necati Lugal, 1943–1946-cı illərdə Səadətdin Nüzhet Ərkin kitabxana direktoru vəzifəsində işlədilər. 1942-ci ildə kitabxanaya 2 ədəd 48 gözlü kitab rəfinin quraşdırılması ilə ölkədə müasir söndür və kataloqlaşdırma üsulunun tətbiq olunduğu ilk kitabxana oldu.
1946-cı ildə kitabxana idarəçiliyinə təyin olunan Müzəffər Gökmanın təşəbbüsü ilə həmin il kitabxanada geniş bərpa işinə başlanıldı. Böyük oxu zalı konfrans və musiqi iclasları keçirilə biləcək hala gətirildi. 1948 və 1953-cü illərdə alınan Nazirlər Kabinetinin qərarı ilə kompleksin digər hissələri də kitabxanaya təsis edilib. 1950-ci ildə 40 min kitab rəfi müasir kataloq xidmətə verildi.
1952-ci ildə kitabxana nəzdində Bəyazid Uşaq Kitabxanası açılıb, ancaq bu hissə sonrakı illərdə dövri nəşr anbarı kimi istifadə edilib. Kitabxana həmin dövrdə böyük bir yer sıxıntısı yaşayırdı. 1961-ci ildə kitabxanaya xüsusi status verilməsi ilə "Bəyazid Dövlət Kitabxanası" adını aldı. 1974-cü ildə kitabxanaya keçmiş Stomatologiya Məktəbi binası təsis edildi. Binanın kitabxanaya əlavə yardımçı binası kimi əsaslı təmiri üçün 1979-cu ilin sonunda əsas qoyulub.
1992-ci ildən kitabxana nəzdində gözdən əlillər üçün xüsusi bir hissə yerləşir.
Türkiyədə şəxslər tərəfindən yaradılmış ən əhəmiyyətli kolleksiyalardan olan və müxtəlif dillərdə kitab, qəzet, jurnal, tarihi hekayələr saxlayan Haqqı Tarıq Us Kolleksiyonu 2003-cü ildə Bəyazıd Dövlət Kitabxanasına təhvil verilmişdir.
2009-cu ildə İstanbul İl Xüsusi İdarəsi tərəfindən kitabxana binasının bərpasına başlanılmışdır[4].