II Bəyazid

II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Dimetoka, Osmanlı imperiyası26 may 1512[1], Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur.[2] Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi.[3]

II Bəyazid
osman. بايزيد ثانى
22 may 1481 – 24 aprel 1512
(ləqəbi: Sofu Bâyezîd , Bayezid-i Veli)
ƏvvəlkiII Mehmed
SonrakıI Səlim
Cem Sultan 28 mayda Bursa döyüşündə II Bəyazidin qoşunlarını məğlub edərək 28 may 1481 – 20 iyun 1481 tarixləri arasında Bursada özünü sultan elan etmişdir.
Şəxsi məlumatlar
Doğum tarixi 3 dekabr 1447
Doğum yeri
Vəfat tarixi 26 may 1512[1] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası II Mehmed
Anası I Gülbahar Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadəlik dönəmi

[redaktə | mənbəni redaktə et]

II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir.

İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi.[4] Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur. İslami elmin yanında riyaziyyatfəlsəfə təhsili də aldı. Bundan başqa Şeyx Hamdullah'dan da xətt dərsləri aldı. ƏrəbFarscanın habelə; Çağatay ləhcəsi və Uyğur əlifbasını də öyrəndi.

Şahzadə Bəyazid Rumiye-i Sugra hakimi olaraq 27 il Amasyada yaşadı. Bu vəzifədə ikən 1473'də Otluqbeli müharibəsində sağ qol komandiri olaraq vəzifə aldı. Bundan başqa 1479'da İrandan gələn karvanlara hücum etməsi səbəbilə, Şahzadə Bəyazidin hakim olaraq göndərdiyi yerli əyalət hərbi gücləri Hacıəmiroğulları Bəyliyinə bağlı Torul və ətrafını Osmanlı torpaqlarına qatdı.

Taxta çıxışı

[redaktə | mənbəni redaktə et]

Fateh Sultan Mehmedin 4 may 1481-ci ildə Qəbzə yaxınlığında gözlənilməz bir şəkildə vəfat etməsi üzərinə Sədrəzəm Qaramanlı Mehmed Paşa, Bəyazid və Bəyazidin qardaşı Cem Sultana qasidlər (xəbərçi) göndərdi. Ancaq Cem Sultan, ona göndərilən xəbərçi yolda, Anadolu Bəylərbəyi Sənan Paşa tərəfindən tutulduğu üçün atasının ölüm xəbərini gec öyrəndi. Bu vaxt Bəyazidin tərəfini tutan yeniçərilər İstanbulda üsyan edərək Cem Sultan tərəfdarı Qaramanlı Mehmed Paşanı 4 may 1481-ci ildə öldürdülər və Bəyazidin oğlu Şahzadə Qorqudu atasına vəkalətən taxta çıxardılar.

Atasının vəfatını öyrənən və dövlət böyüklərinin, tələsik paytaxta gəlməsi haqqında göndərdikləri məktubları alan II. Bəyazid heyətində 4.000 nəfər olduğu halda Amasya'dan yola çıxıb 9 gündə Üsküdara gəldi. Ertəsi gün oğlu Şahzadə Qorquddan səltənəti rəsmən təslim alıb 22 may 1481-ci ildə Osmanlı taxtına çıxdı və dövləti idarə etməyə başladı. II. Bəyazid ilk olaraq qapıqullarına üç min axca cülus bəxşişi payladı. Yeniçərilərin ülufələrini 5 axcaya yüksəltdi.[5]

Cem Sultan məsələsi

[redaktə | mənbəni redaktə et]

Ana maddə: Cem Sultan

Cem Sultan böyük qardaşı II. Bəyazidin səltənətini qəbul etmədi. Beləcə Osmanlı dövləti II. Bəyazid ilə Cem Sultan arasında uzun sürən və ən sonunda Avropanın da içinə qarışacağı bir taxt mübarizəsinə səhnə oldu.

II. Bəyazid İstanbulda taxta çıxmış olmasına baxmayaraq Cem Sultan 4.000 əsgəriylə İnəgöl önlərində Bəyazidin hələ hazır olmayan Ayas Paşa idarəsindəki ordusu ilə döyüşdü. Bu döyüşü qazanan Cem Sultan Bursada öz adına xütbə oxutmaq və pul kəsdirmək surətiylə hökmdarlığını elan etdi. Bursada 18 gün səltənət sürən Cem Sultan ətrafdakı şəhər və qəsəbələrə də hakimiyyətini qəbul etdirdi və II. Bəyazidə imperiyanın bərabər olaraq bölüşdürülməsini təklif etdi. Buna görə imperiyanın Anadolu torpaqları Cem Sultana veriləcəkdi. Ancaq dövlətin ikiyə bölünməsi mənasını verən bu təklif, yalnız Bəyazid tərəfindən deyil, bütün dövlət irəli gələnləri tərəfindən dəhşətlə qarşılandı. Osmanlı Dövlətinin bölünməsini öz maraqlarına uyğun görən AvropalılarMəmlüklülər bu mövzuda Cem Sultanı dəstəklədilər.

1481-ci ilin iyun ayında II. Bəyazidin ordusu ilə Yenişehir düzənliyində etdiyi döyüşdə məğlub olan Cem Sultan öncə Konyaya çəkildi. Konyada kifayət qədər dəstək tapa bilməyən Cem Sultan Tarsus'a keçdi. Daha sonra da Məmlük sultanından aldığı dəvət üzərinə Qahirəyə getdi. Qahirədə böyük maraq görən Cem Sultan orada qaldığı müddət daxilində Məkkəyə gedərək həcc vəzifəsini yerinə gətirdi. Bu dövrdə, böyük qardaşı II. Bəyazid ona padşahlıqdan imtina etməsi halında 1 milyon axca verməyi təklif etdi. Amma Cem Sultan bu təklifi rədd etdi. Buna bənzər təkliflər təkrar edildisə də, bunlar da nəticə vermədi. Məmlüklər və keçmiş Karaman Bəylərinin köməyiylə təkrar bir ordu toplayan Cem Sultan, 27 may 1482-ci ildə Konyanı mühasirəyə aldı. Ancaq Osmanlı Ordusunun Konyaya hərəkət etməsi üzərinə mühasirə qaldırıldı. İki tərəf Akşehir'də qarşılaşdı. Döyüşü uduzan Cem Sultan Ankaraya keçdi. Ankarada da qaçışına davam edən Cem Sultan 1482-ci ilin yazında otuza qədər adamıyla birlikdə Rodos'a getdi. Cem Sultan 29 iyul 1482-ci ildə Rodos Cəngavərlərinin Böyük Ustadı Pierre d'Aubusson tərəfindən böyük bir mərasimlə qarşılandı. Cem Sultanın məqsədi Rumeli'yə keçərək mübarizəsini davam etdirmək idi. Ancaq bundan sonra bir daha həyatda ikən vətəninə dönə bilmədi. Artıq, Cem Sultan üçün Avropada macəralı bir əsarət həyatı başladı.

Cem Sultan Rodos'a çıxmasından sonra Papa VIII. İnnokentusun istəyi üzərinə Fransaya göndərildi. Bu hadisələrdən sonra əvvəllər Osmanlı dövlətinin daxili məsələsi olan taxt mübarizəsi, beləliklə millətlərarası bir məsələ halına gəldi. Bu hadisədən xeyir güdmək istəyən Papa VIII. İnnokentusun, Cem Sultana, xristian olması halında onu Osmanlı dövlətinin başına keçirə biləcəyini təklif etdiyi deyilir.

Osmanlı Dövlətinə qarşı yeni bir Səlib yürüşü həyata keçirilməsi üçün Cem Sultanı istifadə etməyi düşünən Papa VIII. İnnokentus 1492-ci ildə öldü. Beləcə Cem Sultan daha sərbəst bir həyata qovuşdu. Lakin bu dəfə Fransa Kralı, Cem Sultanı öz siyasi əməlləri üçün bir şans olaraq istifadə etmək istədi. Bu məqsədlə hərəkət edən Fransa Kralı VIII. Çarlz Roma üzərinə gedərək 26 yanvar 1495'də Cem Sultanı Papadan təslim aldı. Fransız Ordusu ilə birlikdə yola çıxan Cem Sultan 25 fevral 1495'də vəfat etdi. Bəzi qaynaqlar, Cem Sultanın əlindəki qiymətli girovu buraxmaq məcburiyyətində qaldığı üçün Papa tərəfindən zəhərləndiyini ifadə edir.

Cem Sultanın ölümünü öyrənən II. Bəyazid Osmanlı ölkəsində 3 gün yas elan etdi. Ölkədəki məscidlərdə Cem Sultan üçün qiyabi cənazə namazı qılındı. Bundan başqa II. Bəyazid qardaşının günahlarının bağışlanması üçün kasıblara 100 min axca sədəqə payladı.

İtaliyada torpağa verilən Cem Sultanın cənazəsi də bazarlıq mövzusu oldu. Uzun sürən bir mübarizənin ardından Cem Sultanın cənazəsi, vəfatından 4 il sonra 1499-cu ildə Osmanlı torpaqlarına gətirildi. Mudanya'da sahilə çıxarılan cənazə Bursada Muradiyə Məscidinin həzirəsində qardaşı Şahzadə Mustafanın də məzarının içində olduğu türbəyə basdırıldı.

Cem Sultan Avropada ikən, İspanlar qarşısında məğlubiyyətə uğrayan Əndəlüsdəki müsəlmanlar Osmanlı dövlətindən kömək istədilər. II. Bəyazid qardaşı Cem Sultanın Avropada əsir olması səbəbiylə lazımlı köməyi tam mənasıyla edə bilmədisə də, Kamal Rəisi İspaniyaya göndərdi. Kamal Rəis İspaniyadakı müsəlmanları Şimali Afrikaya, YəhudiləriSalonikiİstanbula daşıdı. 1492-ci ildə müsəlmanlarla yanaşı 150 min qədər yəhudi də Osmanlı torpaqlarında yerləşdirildi.[6]

İtaliyadan geri çəkilmə

[redaktə | mənbəni redaktə et]

1480-ci ildə Fateh Sultan Mehmed həyatda ikən Osmanlılar İtaliyanın ələ keçirilməsi üçün yarımadanın cənub-şərqində iştirak edən Otranto qalasını ələ keçirmişdi. Fatehin ölümü və Şahzadə Cem'lə II. Bəyazid arasındakı taxt mübarizəsi, İtaliyanın fəthi layihəsinin bir müddət daha ələ alınmamasına səbəb oldu. Bir il sonra Osmanlı hakimiyyətindəki Otranto qalası əldən çıxdı.

Napoli Krallığı, əlindəki qüvvələrlə Osmanlı ilə vuruşa bilməyəciyini bilirdi. Bundan başqa Osmanlıların İtaliyada olmasının krallığın gələcəyi üçün yaxşı olmadığını da bilirdi. O səbəblə Napoli Kralı, kürəkəni Macarıstan Kralı Matthias Corvinus'dan və eyni ailəyə mənsub olduğu, o zamanlar Araqon olaraq adlandırılan Şimali İspaniya kralından tələsik kömək istədi. Macarıstan kralının göndərdiyi 2.000 atlı və digər İtalyan dövlətlərindən aldığı yardım qüvvələriylə Otranto qalası önlərinə gəldi. Bu ordunu dənizdən Napoli, Papalıqİspaniya gəmilərindən mütəşəkkil bir donanma dəstəkləyirdi. Fateh Sultan Mehmedin ölüm xəbəri bura da çatmış və Osmanlı əsgərləri arasında böyük bir istəksizlik ortaya çıxmışdı.

Bu zaman sərdar Gədik Əhməd Paşa, yanına aldığı bir miqdar əsgər və donanma ilə ani bir şəkildə Otranto'nu tərk etdi. Bir rəvayətə görə bunu öz qərarı, bir digərinə görə isə Sultan Bəyazidin istəyi ilə həyata keçirmişdir. Gədik Əhməd Paşa Otranto'da 8.000 qədər əsgər və əsgər üçün 1,5 illik sursat buraxdı. Bu qədər qüvvə ilə böyük bir orduya qarşı qoyulması da mümkün deyildi. Müqavimət göstərib 8.000 əsgəri həba etmək yerinə qalanın təslim edilməsinə qərar verildi. Osmanlı qüvvələri, əsgərlərin bütün silah və cəbhəxanalarını yanlarına alaraq çəkilməsinə icazə verilməsi halında, qalanı təslim edəcəklərini təəhhüd etdilər. Qalaya kömək gəlməsindən qorxan Napoli Kralı bu müqaviləni qəbul etdi. Beləcə 8.000 Osmanlı əsgəri bütün sursatı ilə gəmilərə minib, Otranto boğazını keçərək Albaniyada Osmanlı torpaqlarına çıxdı.

Napoli Kralı, türklərin yenidən İtaliyaya çıxmaması üçün II. Bəyazidin elçisi ilə görüşdü və türklərin İtaliyaya bir daha səfər etməməsi vədinə qarşılıq Napoli, aparılmayan türk toplarını, Napoli Krallığı içərisindəki bütün türkmüsəlman əsirləri Osmanlı Dövlətinə geri verdi. Bundan başqa dost olmaq şərtiylə Donanma-yı Hümayun'a (Osmanlı Donanması), AdriatikYunan dənizində sərbəst hərəkət etmək hüququ tanıdı.

Nəhayət Osmanlı dövlətinin, İtaliyadakı tək qalası olan Otranto ələ keçirilməsindən 13 ay sonra, 10 sentyabr 1481-ci ildə itirildi. Beləcə, Fateh Sultan Mehmed tərəfindən başladılan İtaliya səfəri Osmanlı dövlətinin daxili problemləri səbəbiylə dayandırıldı.

Apardığı müharibələr

[redaktə | mənbəni redaktə et]

Cem Sultan hadisəsi və bu hadisə səbəbiylə Avropalıların İstanbulu geri alma ümidləri yenidən gündəmə gəldikdə II. Bəyazid çox diqqətli və sülhsevər bir xarici siyasət təqib etmək məcburiyyətində qaldı. Bununla birlikdə lazım gəldikdə döyüşdən çəkinmədi və Osmanlı Dövlətinin sərhədlərini genişləndirdi. II. Bəyazidin taxtda qaldığı müddət, demək olar ki, atası Fateh Sultan Mehmed ilə bərabərdir (təxminən 30 il). Fateh bəzən iki ildə bir səfərə çıxdığı halda, oğlu Bəyazid yalnız 5 dəfə səfərə çıxdı. Padşahların şəxsən sərdarlıq etdiyi bu səfərlərə Osmanlılar tərəfindən Səfər-i Hümayun adı verilmişdir.

Birinci Səfər-i Hümayun

[redaktə | mənbəni redaktə et]

Sultan Bəyazid 1483 baharında Ədirnə, Plovdiv, və Sofiya üzərindən Serbiyaya gəldi. Morava çayı sahillərində yol alan padşah, Belqrad yaxınlarına qədər irəlilədi. Bu ətrafdakı bütün qalaları bərpa etdirdi. Noyabr 1483'də İstanbula döndü. Bu ilk səfər təxminən 7 ay davam etdi. Padşahın bu səfəri, Macarıstanı təlaşlandırdı. Osmanlı ilə bir döyüşü gözə ala bilməyən kral Matthias, 1483 sonlarında Osmanlı Dövləti ilə bir sülh imzaladı. Səfər nəticəsində Herseqovina Çarlığı da ilhaq edilərək Bosniya Əyalətinə qatıldı.[7]

İkinci Səfər-i Hümayun (Boğdan səfəri)

[redaktə | mənbəni redaktə et]

Boğdan Voyvodasının (bugünkü Moldova) illik vergisini ödəməməsi, Boğdanın daha möhkəm bir şəkildə Osmanlı dövlətinə bağlanması və Qara dəniz sahilindəki torpaqların alınıb, bu bəyliyin dənizlə olan əlaqəsini kəsmə kimi məqsədlərlə, II. Bəyazid, birinci səfər-i hümayundan bir il sonra təkrar səfərə çıxdı. 1 may 1484'də İstanbuldan ayrıldı. Boğdan üzərinə gedən Sultan Bəyazid, atasının eyni ölkəyə etmiş olduğu səfərdən 8 il sonra təkrar Boğdana səfərə çıxmış oldu. Valaxiya Voyvodasının da 20.000 əsgərlə Osmanlılara qatıldığı bu səfərin sonunda Osmanlı dövləti bütün hədəflərinə çatdı və Qara dəniz bir türk gölü halına gəldi. Bundan başqa Krıma qurudan əlaqə təmin edildi.

6 iyulda Ordu-yu Hümayun (Osmanlı Ordusu), Dunay çayının şimal sahilində Kili önünə gəldi. 9 gün içərisində qala Osmanlıların əlinə keçdi və Kilye (Kili) təslim oldu. 24 iyulda Dnestrın Qara dənizə töküldüyü bölgədə olan Akkerman mühasirə altına alındı və 16 gün sonra 9 avqustda ələ keçirildi.[8] Bu mühasirəyə Krım Xanı Məngli Gəray da ordusuyla qatıldı. Beləcə ilk dəfə bir Krım Xanı Osmanlı Ordusunda vəzifə almış oldu. 1419, 1454, 1474-cü illərdə dövrün padşahları Çələbi MehmedFateh tərəfindən 3 dəfə mühasirəyə alınıb da alına bilməyən bu qalanın fəthi üzərinə Uzun Həsənin oğlu Ağqoyunlu hökmdarı Sultan Yaqub, Mərakeş Sultanı, hətta Macarıstan Kralı Matthias kimi bir çox hökmdarlar elçilərini göndərərək II. Bəyazidi təbrik etdilər. Necati bəyin

" Hoş aldı Hazret-i Han Bâyezîd-i Osmânî

Kilî ile Kara-Boğdan'dan Âkkermân'î

"

deyə başlayan bir qəsidəsi var.

Beləcə Boğdanın Qara dənizə sahili qalmadı. Birbaşa İstanbuldan idarə olunan Dobruca ilə Krım Xanlığına aid torpaqlar birləşdi. II. Bəyazid bu səfərdən sonra İstanbula dönmədi. Qışı Ədirnədə keçirdi. Yazda Plovdivə qədər getdi (1485) və bu bölgəyə nəzarət etdi. Ertəsi qış yenə Ədirnədə qaldı. 1486-cı ilin əvvəlində Macarıstan Kralının elçilərini burada qəbul etdi. İstanbula ancaq 1486-cı ildə döndü.

İkinci Bəyazid Külliyəsinin inşaatı

[redaktə | mənbəni redaktə et]

Boğdan səfərinə çıxarkən Ədirnəyə gələn Bəyazid, Tunca çayı kənarında adını daşıyacaq olan İkinci Bəyazid Külliyəsinin təməlini atdı.[9] Səfərdən aldığı qənimət malını külliyənin istehsalı üçün xərclədi. İnşaat, 1488'də tamamlandı.

Osmanlı-Məmlük Müharibəsi

[redaktə | mənbəni redaktə et]

Yaxın Şərqin iki böyük türk dövləti olan Osmanlı ilə Məmlük Sultanlığı arasındakı sərhəddi Fərat çayıTavr dağları təşkil edirdi. Bir zamanlar Orta Anadoluya qədər gəlib çıxan Məmlük nüfuzu, artıq Tavr dağlarının cənub ətəklərinə çəkilmişdi. Cənub-Şərqi Anadolunun bir hissəsi və Çuxurova'nı əlində saxlayan Ramazanoğulları Məmlüklərin hakimiyyətində, buna qarşılıq Zülqədəroğulları isə Osmanlıların hakimiyyətində idi. Məmlüklər ilə Osmanlıların əlaqələri başlanğıcda müsbət idi. Osmanlı Dövlətinin Avropadakı zəfərləri Məmlük paytaxtı Qahirədə rəsmi şənliklərlə qeyd edilirdi. Amma Məmlüklər Osmanlıların Çuxurova bölgəsindəki varlıqlarından məmnun deyildi. Osmanlıların bölgəyə etdiyi basqınlar iki ölkənin arasını pozdu. Türklər tərəfindən idarə olunan bu iki ölkənin aralarının pozulmasında bir başqa səbəb isə prestij məsələsi idi. Dövrün ən böyük dövləti mövqeyində olan Osmanlı İmperiyası eyni zamanda da dövrün ən böyük İslam ölkəsi idi. Xilafətin, Müqəddəs Əmanətlərin və müqəddəs şəhərlərin Məmlük dövlətinin əlində olması Osmanlının qəbul edə bilməyəcəyi bir vəziyyət idi. Fatehin Hicaz Su Yolları və türk hacılar üçün bəzi tənzimləmələr etmək istəməsini Məmlüklər daxili işlərinə müdaxilə saydı və rədd etdi. Məmlüklər coğrafi şərtlərə çox güvənir və heç bir ordunun Misirə girə bilməyəcəyini düşünürdülər.

İlk Osmanlı-Məmlük döyüşü 1485'də baş verdi və 6 il davam etdi. Döyüşün zahiri səbəbi 1485-ci ildə Osmanlı ölkəsindən gedən hacılara hücum edilməsi və İstanbula göndərilən Bəhməni hədiyyələrinə müvəqqəti olaraq əl qoyulmasıydı. 2 mart 1482-ci ildə Cənubi Hindistan Türk İmperiyası taxtına atasının yerinə oturan Mahmud Şah Bəhməni, Sultan Bəyazidə içlərində qiymətli ləl-cəvahiratlar olan hədiyyələr göndərmişdi. Misir gömrük idarəsi, sonradan göndərmələrinə baxmayaraq ilk əvvəl bu hədiyyələrə əl qoydu. Hədiyyələr İstanbula göndərilmək üzrə yola çıxanda artıq Osmanlı Dövləti Məmlüklərə müharibə elan etmişdi. Müharibənin digər səbəbi isə, hər il Osmanlı torpaqlarından Hicaza gedən hacıların, bədəvi ərəblər tərəfindən hücuma məruz qalmaları idi. İstanbul Qahirəyə, Həcc yollarının təhlükəsizliyini təmin etməsi üçün notalar göndərmiş, lakin Məmlüklər dolanışıq qaynağı qarət olan bədəvilərə heç cür ciddi bir şəkildə mane olmamışdılar. Bu səbəblərə II. Bəyazidin o zamanlar Avropada olan qardaşı Cem Sultanın Qahirədə qalan ailəsinin qaytarmasını istəməsi və bu tələbin Məmlüklər tərəfindən rədd edilməsi də əlavə oluna bilər.[10]

Döyüş 1485-ci ilin may ayında başladı. Fatehin vəfatından 4 il sonra başlayan döyüş heç bir zaman bütünlüklə bir müharibə şəklində reallaşmadı. İki imperiya heç bir zaman bütün orduları ilə qarşı-qarşıya gəlmədi. Nə Osmanlılar, nə də Məmlüklər bir-birlərinin torpaqlarını ilhaq etmə niyyətində deyildilər. Hərb iki ölkə torpaqları arasında sərhəd bölgə mahiyyətindəki Çuxurova və Zülqədəroğullarının torpaqları üzərində reallaşan vuruşmalar səviyyəsində qaldı.

Müharibə Qaragöz Mehmed Paşa əmrindəki Osmanlı Ordusunun hücumu ilə başladı. Qaragöz Mehmed Paşa Gülək boğazını keçərək Çuxurova'ya girdi. Beləcə Osmanlılar ilk dəfə Adananı işğal etmiş oldular. Qaragöz Mehmed Paşa cənuba yönələrək Tarsusu da aldı. Bu yer Məmlüklülərin özlərinə aid torpaqlar deyildi. Onların idarəsindəki Ramazanoğulları Bəyliyinə bağlı idi. Sonra Qaragöz Mehmed Paşa İstanbula döndü və sancaq bəyi oldu. Bu vaxt Məmlük ordusu Çuxurova'ya doğru yola çıxmışdı.

Məmlüklülər öncə Osmanlılara tabe olan Zülqədər Bəyliyinin torpaqlarına girdi. II. Bəyazidin qayınatası olan Zülqədər Bəyi Əlaüddövlə Bozqurd Bəy kürəkənindən təcili kömək istədi. Kayseri Sancaq bəyi Yaqub Bəy ordusu ilə köməyə gəldi və Məmlük ordusunu məğlub etdi. O dövrlərdə Məmlük idarəsində olan Malatya önlərinə qədər gələn Yaqub Bəyi Məmlük sərdarı Özbək Bəy pusquya saldı və Osmanlı birliyini məhv etdi. Qarşı qoyacaq bir ordu olmaması səbəbiylə Özbək Bəy rahatlıqla Çuxurova'ya girdi. AdanaTarsus sancaq bəylərinin öldürülənə qədər müqavimət göstərmələrinə baxmayaraq Məmlüklülər Osmanlıları Tavr dağlarının gerisinə atmağı bacardı.

1486-cı ilin yanvar ayında Anadolu Bəylərbəyi Herseqli Əhməd Paşa, Çuxurova'nı təkrar almaq üçün Gülək boğazını keçərək Məmlüklülərin önünə çıxdı. Lakin məğlub olaraq əsir düşdü. Bir illik əsarət həyatından sonra sərbəst buraxılan paşa İstanbula döndü. Məmlük sultanı Kayıtbay müharibənin sona çatması üçün sülh təklifi etsə də itirməyə vərdiş olmayan Osmanlı dövlət adamları sülhə razı olmadılar.

1487-ci ildə bu dəfə şəxsən Sədrəzəm Kürəkən Qoca Davud Paşa Çuxurova üçün Məmlüklülər üzərinə getdi. Özü İçel'ə keçərkən Rumeli Bəylərbəyi Əli Paşanı Tarsus üzərinə göndərdi.

Balans döyüşü bu cür davam edərkən II. Bəyazid Məmlüklülərlə olan döyüş dövründə Venesiyaya Osmanlı donanmasının o zamanlar Venesiyaya bağlı olan Kiprin Magosa limanında dəmirləmə istəyini bildirdi. Məmlüklülərlə döyüşü gözə ala bilməyən Venesiya bu istəyi nəzakətlə geri çevirdi.

1488 yayının dəhşətli istisində Osmanlı Ordusu Vəzir Əli Paşa rəhbərliyində yenə Çuxurova'daydı. Adana, Tarsus, Kozan başda olmaq üzrə Çuxurova'nı ələ keçirdi. Məmlük sərdarı Özbək bəy yenə yetişdi və 16 avqust 1488'də Ağaçayırı Müharibəsində Osmanlını məğlub etdi. Yenə Çuxurova'nı Osmanlılardan təmizləməyə çalışan Özbək Bəy 7 aylıq mühasirə nəticəsində Adanaya girdi. Bu döyüşə qatılan paşalar məğlubiyyətdəki məsuliyyətləri səbəbi ilə azad edildilər.

Bu hadisələr olarkən Osmanlılardan ümidini kəsən II. Bəyazidin qayınatası Zülqədər Bəyi Əlaüddövlə Bozqurd Bəy Məmlüklərə yanaşdı. Bunun üzərinə azad edilən Bozqurd bəyin yerinə qardaşı Şahbudaq bəy təyin edildi. Əlbistan yaxınlığında böyük qardaşı ilə apardığı döyüşdə məğlub olan Şahbudaq bəy əsir düşdü. Qahirəyə göndərilərək edam edildi.

1490'da Kayserini mühasirəyə alan və Karamana qədər Osmanlı torpaqları içində irəliləyən Özbək bəyin üzərinə yenə Herseqli Əhməd Paşa göndərildi. Kayseri yaxınlığında Osmanlı Ordusunu bir dəfə daha məğlub edən Özbək bəy, Əhməd Paşanı yenə əsir alaraq Qahirəyə göndərdi.

Döyüşlər daha çox Məmlüklərin xeyrinə keçsə də, iki dövlət də tam bir nəticə ala bilməmişdi. Məmlük sərdarı Özbək bəy böyük şöhrət qazanmış və adı Qahirədəki Özbəkiyə səmtinə verilmişdir.

Bu son məğlubiyyət üzərinə Sultan Bəyazid bir səfər-i hümayun başlatmağı düşündü və bu Sultan Kayıtbay'ı çox narahat etdi. Çünki o zamana qədər bütünlüklə bir döyüşdə Osmanlı Dövlətini yalnız Teymur məğlub etmişdi. Bunun üzərinə sülhə razı oldu. Lakin şəxsən sülh istəməyi qüruruna sığdırmayan və bu cür bir sülhün imzalanması halında Osmanlının həddindən artıq istəklərindən qorxan Məmlük Sultanı başqa bir müsəlman ölkə olan Tunis hökmdarını araya saldı və iki ölkə müharibənin başındakı hala dönülməyi qəbul etdilər. İki ölkə də aldıqları torpaqları qaytardılar. Beləcə 6 il ərzində bir neçə dəfə ələ keçirdiyi halda Çuxurova'nı əldə edə bilməyən Osmanlı Dövləti 1491-ci ildə Məmlüklülərlə sülh imzaladı.[11] Bir müddət sonra II. Bəyazid qardaşı Cem Sultanın qızı ilə yeni Məmlük sultanı Sultan Nasir Məhəmmədi evləndirmək surətiylə sülhü gücləndirdi. Ancaq bu döyüş nəticəsində illərdir dost, dindaş və soydaş olaraq sülh içində yaşamış bu iki ölkə arasında bir münaqişə müddəti başlamışdı.

Üçüncü Səfər-i Hümayun

[redaktə | mənbəni redaktə et]

Sultan II. Bəyazid 10 mart 1492-ci ildə Belqradın fəthi məqsədiylə İstanbuldan səfərə çıxdı. Sultan Sofiyaya qədər gəldi. Burada qərar dəyişdirən Bəyazid bu vəzifəni Süleyman Paşaya buraxıb, özü Albaniya üzərinə getdi. Cənub-qərb istiqamətində hərəkət edərək Monastr üzərindən Alban torpaqlarına gəldi və Təpədələndə dayandı. İyul sonunda bu yolda irəliləyərkən bir şiə fədaisi tərəfindən edilən sui-qəsd cəhdindən xilas olan Sultan, 1492-ci ilin son günlərində İstanbula döndü. Təqribən 9,5 ay davam edən bu səfərdə Osmanlı torpaqlarından çıxılmadığı üçün hər hansı bir vuruşma olmadı.

Belqrada çataraq qalanı mühasirəyə alan Süleyman Paşa Osmanlı tarixində II. MuradFatehdən sonra qalanı mühasirəyə alan üçüncü adam olmuşdur. Mühasirə davam edərkən macarları qorxutmaq məqsədiylə Transilvaniyaya girən Süleyman Paşa burada məğlub olmuşdur. Bu məğlubiyyət ilə müvəffəqiyyət ehtimalı qalmadığını düşünərək mühasirə qaldırıldı və Qanuni Sultan Süleymana qədər bu şəhər alına bilmədi.

Adbina zəfəri

[redaktə | mənbəni redaktə et]

Bosniya Sancaq bəyi və eyni zamanda axıncı sərdarı olan şair Yaqub Paşa, Sultan Bəyazid Amasyada şahzadə ikən atası Fatehin nümayəndəsi olaraq Sultanın yanında vəzifələnmişdi. Bəyazid taxta keçəndə Yaqub Paşanı, öncə oğlu Şahzadə Aləmşaha atabəy, sonra da Bosniya bəyliyinə təyin etdi.

Axıncıların 1492-ci ildə Avstriyanın qapısı mövqeyində olan Sloveniyanın Celje şəhərini mühasirəyə almaları macarlar qədər almanları da qorxutmuşdu. 1493'də Yaqub Paşa, 8.000 axıncı ilə İstiryaya girdi. Lakin geri dönüşündə önünə çıxan nizamlı macar ordusu tərəfindən Xorvatiyada yolu kəsildi. Hər axıncıya 5 əsgər düşməsinə baxmayaraq, üstün bir səylə macarlar təxribata uğradıldı. Sonunda 5.700 ölü, 25.000 əsir verən macarlardan bəzi əsilzadələr də Osmanlılara əsir düşdü.

Bu zəfərdən sonra Yaqub Paşa Rumeli Bəylərbəyliyinə gətirildi. Eyni zamanda da şair olan Yaqub Paşa uzun mənzuməsinin sonunda belə demişdir:

" Benim Bosnâ beyî dervîş Yâ'kuub

Hudâ avniyle erdim bû cihânda

"

Osmanlı-Lehistan müharibəsi

[redaktə | mənbəni redaktə et]

Lehistanın (indiki Polşa) 1498-ci ilin əvvəllərində Osmanlı himayəsində olan Boğdan çarlığına (indiki Moldova) hücumları səbəbilə Osmanlı-Lehistan müharibəsi başladı. Əvvəlcə Rumeli Bəylərbəyi Yaqub Paşa və hətta Vəzir Məsih Paşa bu döyüşə təyin edildi. Lakin Lehistan Kralının türk-moldov birliklərinə qarşı apardığı döyüşdə böyük bir məğlubiyyətə uğrayıb, ancaq 1000 atlı ilə həyatını qurtarması və 20000 araba dolusu qənimətin Osmanlının əlinə keçməsi üzərinə, buna ehtiyac olmadığı aydın oldu və döyüşün rəhbərliyi Silistrə sancaq bəyi axıncı sərkərdəsi Malqoçoğlu Bali Bəyə verildi. Bali Bəy Lehistan üzərinə iki səfər etdi və 40.000 axıncının qatıldığı bu səfər Osmanlı tarixinin ən böyük axıncı səfərlərindən biridir.

Ordunun sağ qanadını Bali bəyin böyük oğlu Əli bəy, sol qanadı isə Mustafa Bəy idarə edirdi. Türk atlıları əvvəl Prut, ardından Dnestr çayını keçdi. Mustafa bəy əvvəl Galiçya'ya girdi. Şimal-qərb istiqamətində irəlilədi. Lvov şəhərinin 100 km şimal-qərbindəki Yaroslavl şəhərini aldı. Bura Varşavaya 260, Baltik dənizinə isə 500 km uzaqlıqdadır.

Bali bəy isə qüvvələri ilə Lvov şəhərini aldı. Bütün Galiçyanı keçərək Varşava şəhərinə girdi. Beləcə ilk dəfə türk axıncıları bu qədər şimala çatmış olurdular. Bu birinci səfərdən sonra 10.000 seçmə əsir ilə Akkermana döndü.

Təxminən 3 ay sonra Osmanlı ordusu təkrar Lehistanda idi. Bu dəfə Podolya və Galiçya üzərinə gedildi lakin şiddətli soyuq səbəbilə səfər uzun sürmədi. Bu böyük müvəffəqiyyət ilə Bali bəy sancaqbəyliyindən bəylərbəyliyinə yüksəldildi.

Yeni bir müharibəyə doğru

[redaktə | mənbəni redaktə et]

Avropada yeni bir döyüşün əlamətləri görülməyə başlamışdı. Cem Sultanın vəfatı ilə Osmanlı Dövləti daha təsirli bir siyasət izləməyə başlamış, axıncıların apardıqları böyük miqyaslı hücumlar bunu isbat etmişdi. Belə bir döyüşdə Osmanlının birinci rəqibi, AlmaniyaMacarıstan tərəfindən dəstəklənən Venesiya olacaqdı.

1500-cü ildə Osmanlı, dünyadakı son Serbiya torpaqlarını da ələ keçirərək yerli serbiyalı dərəbəyliyinə son verdi. Osmanlı Donanması 1496'da Kamal Rəis əmrində Rodos donanmasını yox etdi. Bu surətlə Venesiya ilə keçiriləcək döyüşdə gələcək Rodos köməyinin da qabağına keçilmiş oldu.

1499-cu ilin sentyabrında İsgəndər Paşa, Udin şəhərini işğal etmişdi. Osmanlıların özlərindən bu qədər uzaq yerlərdə hakimiyyət qurması Avropanı qorxutmuşdu. Hətta Osmanlılar bölgədəki İtalyan coğrafi adlarına türkcə adlar verməyə başlamış, Tagliemento'ya Aksu, Isonza'ya Doline adını vermişdilər.

Almaniyada da Gemeiner Pfennig adı verilən və türklərə qarşı döyüş aparmaq üçün istifadə ediləcək xüsusi bir vergi növü belə başlamışdı. Bundan başqa Papanın Almaniyadan yığdığı dini vergiləri də Osmanlıya qarşı istifadə etmək üçün Almaniyaya geri qaytarmışdı.

Dördüncü Səfər-i Hümayun

[redaktə | mənbəni redaktə et]

Fateh dönəmində alınmağa çalışılmasına baxmayaraq ələ keçirilməyən Cənubi Moradakı əhəmiyyətli Venesiya dəniz bazalarının fəthi və Osmanlı tarixinin ilk açıq dəniz meydan döyüşündəki zəfər Osmanlılar üçün 16. əsrin əvvəlindəki gözəl xəbərlər idi.

Venesiyaya ağır bir zərbə vurmaq istəyində olan II. Bəyazid balans siyasəti yürüdürdü. Macarıstanla yaxşı dolanmağa çalışarkən, eyni zamanda o zamanlar ayrı şəhər dövlətləri halında olan İtalyanın Venesiyanın yanında iştirak etməməsi üçün səy göstərirdi. Bu zamanlarda Venesiyanın Morada yerləşən dəniz bazaları Cənubi Mora'nın üç yarımadasının ən qərbində yerləşən Modon, Koron və Navarin limanları idi.

Sultan II. Bəyazid, Venesiya səfərinə çıxmaq üzrə, 31 may 1499 günü İstanbuldan ayrıldı. Donanmanı o zamanlarda Venesiya hakimiyyətində olan Kipr adasının üzərinə göndərmək surətiylə, Kiprin təhdid altında olduğu təəssüratını verdirərək Venesiyalıların qüvvələrini dağıtmağı bacarmışdı. Admiral Melchior Trevisano, Mora'dakı Venesiya bazalarının baş komandiri təyin edildi və güclü bir müdafiə hazırlığına başlandı.

Sultan Vardar Yenicəsinə gəldi. Burada Rumeli Bəylərbəyi Qoca Mustafa Paşa, Venesiyalıların əlindəki ordunun üzərinə göndərildi. 1493'dən bəri Kaptan-ı Dəryalıq vəzifəsində olan Kiçik Davud Paşa Mora sahillərindəydi.

200 parçalıq böyük Venesiya Donanması Osmanlı donanmasını Mora sularından uzaqlaşdırmaq məqsədilə Modon sahillərinə gəlmişdi. Donanmanın başında Admiral Antonio Grimaldi vardı. Mora'nın cənub-qərb sahilindəki Gallo Burnunun sahillərində iki nəhəng donanma qarşı-qarşıya gəldi. Donanma-yı Hümayunu Kamal Rəis idarə edirdi.

Sağ cinahın komandiri Barak Rəis admiral gəmisini düşmən gəmilərinin arasına sürdü. Onlarla Venesiya gəmisi bu gəmini batırmaq üçün çalışırdılar. Düşmən gəmilərinin ən sıx olduğu bölgəyə girib, gəmidəki barıt anbarını atəşə verən Barak Rəis, böyük bir partlayışa və onlarla Venesiya gəmisinin batmasına səbəb oldu. Lakin özü ilə birlikdə 500 ləvənt də ölənlər arasında idi. Bu hadisənin ardından hücuma keçən Osmanlı Donanması Venesiyalıları pərişan etdi.

Sapienza Dəniz Döyüşü adı ilə tarixə keçən bu döyüş Osmanlıların tarixdə qazandıqları ilk açıq dəniz döyüşüdür. Böyük qəhrəmanlığından ötrü Sapienza adasına Barak Rəis adası adı verildi. Venesiya elçisi Alvise Manenti dövlətinə göndərdiyi hesabatda Osmanlı sədrəzəminin elçiyə "Sən Sinyoria hökumətinə söylə, artıq dəniz ilə evlənməsinlər; artıq sıra bizdədir." dediyini bildirmişdir.[12] Bu zəfərin ardından Venesiya bazalarını qoruyacaq bir qüvvə mövcud olmadı.

Beşinci Səfər-i Hümayun

[redaktə | mənbəni redaktə et]

30 avqust 1499 tarixində, Sapienza Dəniz Döyüşündən 33 gün sonra İnəbaxdı qalası da Osmanlının olmuşdu. Bölgədəki böyük Venesiya Admiralının donanması ilə geri çəkilməsi ucbatından qala komandiri qalanı təslim etmişdi. Osmanlı Ordusu üçün sıra, Mora'dakı 3 böyük Venesiya bazası olan Koron, Modon və Navarinə gəlmişdi.

Ancaq bu vaxtlarda 1479'dan bu yana Osmanlı hakimiyyətində olan Kefalonya adasına Venesiya əsgər çıxarıb işğal etmişdi. Ardından əvvəllər öz idarəsində olan Prevezədəki Osmanlı limanlarına hücum edib bütün gəmiləri yandırdılar.

1499-cu ilin sonlarında Ədirnəyə dönən II. Bəyazid bir neçə aylıq bir istirahət etdikdən sonra 7 aprel 1500-dən Ədirnədən ayrıldı. Buna görə bu səfər, Beşinci Səfər-i Hümayun olaraq qiymətləndirilmişdir.

7 iyulda donanmanın gəldiyi Modon'a sonra şəxsən padşah əmrindəki ordu gələrək qalanı əhatə etmişdir. 24 iyulda Venesiya donanması mühasirənin qaldırılması məqsədiylə hücuma keçsə də Kamal Rəis tərəfindən geri püskürdüldü. Qala Venesiyalılara məxsus olan bir şəkildə müdafiə olunmuş, lakin 10 avqust 1500-də düşmüşdü. Modon'un şiddətli müqavimətinə baxmayaraq ələ keçməsi, bu qalanın yaxınlığında olan Koron və Navarin qalalarının da sonunu göstərirdi.[13]

Fəthdən iki gün sonra, yəni 12 avqustda, Navarin, ətrafındakı Milano və Fənər qalaları ilə birlikdə təslim olmuşdu. Avar türkləri tərəfindən qurulan bu şəhərin adı da Avar'dan gəlməkdədir. Venesiyalılar Osmanlıların izni ilə bütün əsgər və sürsatları ilə Venesiyaya dönmüşdülər.

16 avqustda isə Koron'un yenə qarşı qoymadan təslim olması ilə Venesiyanın Yunanıstan ilə heç bir əlaqəsi qalmamışdı. 3 dekabr 1500 günü Venesiya donanması Navarin önlərinə gəldi. Venesiyalılar tərəfindən ələ keçirilən bir xristian Alban qala qapısını onlara açdı. Venesiyalılar beləcə Navarini ələ keçirdiklərini zənn edərkən Kamal Rəis 30 döyüş gəmisi ilə limana girdi və 8 Venesiya gəmisini ələ keçirdi.

Fransızların Lesbos Mühasirəsi

[redaktə | mənbəni redaktə et]

Papa VI. Aleksandrın təşviqi ilə Fransa da, Venesiyanın müttəfiqi olaraq Osmanlıya qarşı müharibə elan etmişdi. 1501-ci ilin sentyabr ayında Egey dənizinə girən Fransız donanması 10.000 piyada daşıyırdı. Sentyabr ortalarında da Lesbos mühasirəsi başladı.[14] Bunun üzərinə Sultan Bəyazidin Manisa sancaqbəyi olan ikinci oğlu Şahzadə Qorqud, indiki Ayvalığa gələrək 800 nəfərlik yardım qüvvələri adaya keçirmişdi. Oktyabr sonlarında Osmanlı Donanmasının Çanaqqala boğazından çıxdığını öyrənən Fransızlar 6 həftədən bəri davam etdirdikləri mühasirəni qaldırmış və Mora'nın cənubundakı Çuha Adası sahillərinə gəlmişdilər. Burada müdhiş bir fırtınaya qapılan donanmadan yalnız bir neçə yüz adam qurtuldu.

Fransız donanması geri çəkilərkən, ispanlar hazırladıqları donanma ilə Egeyə girmiş lakin fransızlarla birləşə bilmədilər və heç bir şey edə bilmədən geri döndülər.

Osmanlı-Venesiya sülhü

[redaktə | mənbəni redaktə et]

Venesiya, Osmanlı Dövləti ilə artıq mübarizə apara bilmirdi. Xüsusilə Osmanlı axıncılarının etmiş olduğu hər axın Venesiya üçün böyük bir təhlükə idi. Çünki Osmanlıların hər an üçün Venesiya şəhərini belə zəbt etmə ehtimalı mövcud idi. Moradan tamamilə qovulan Venesiya, dənizlərdə də fəaliyyət göstərə bilmir, Kamal Rəis başda olmaq üzrə türk dənizçiləri Venesiyaya göz açdırmırdı.

Kefalonya kimi Aya Mavri adasını da işğal edən Venesiya, 1502-ci ilin əvvəllərində adanı ələ keçirdi. Adanı qorumaqla vəzifəli kiçik yeniçəri dəstəsi vuruşmadan qalanı təslim etmiş və sonra silahları ilə birlikdə İstanbula gəlmişdi. Sultan Bəyazid düşmənə qarşı silah atmadan qalanı təslim edən bu əsgərləri edam etdirdi. Bir neçə ay sonra adaya gələn Kamal Rəis 30 avqust 1502 tarixində Venesiyalıları adadan çıxardı. 13 avqust 1502 tarixində Venesiyanın Albaniyada olan son bazası Dıraç'ın da Osmanlıya keçməsi ilə Venesiyanın Yunanıstan kimi Albaniya ilə də bir əlaqəsi qalmadı.

MoraAlbaniyadakı böyük bazalarını və dənizlərdəki üstünlüyünü itirən Venesiya üçün sülhdən başqa həll yolu qalmamışdı. 27 sentyabr 1502 tarixində izdihamlı bir qrupla İstanbula gələn Venesiyalılarla 14 dekabr 1502 tarixində 31 maddəlik OsmanlıVenesiya sülh müqaviləsi imzalandı.[15] Yalnız Kefalonya adası Venesiyaya buraxılmış, bunun xaricindəki bütün fəthləri Venesiya tanımışdır.

Qaramanoğullarının son taxt təşəbbüsü

[redaktə | mənbəni redaktə et]

Osmanlılar, Venesiyaya qarşı döyüşərkən Qaramanoğlu Mustafa Bəy, Qaramanoğullarının tarixdəki son qiyamını çıxardı. Ağqoyunluların qonağı olaraq Təbrizdə böyüyən Mustafa bəy 1500-cü ildə II. Bəyazid Morada ikən Mersinə gəldi. Burada ətrafına yığdığı türkmənlərlə Karamanı mühasirəyə aldı. Osmanlıların çox əhəmiyyət vermədikləri bu hadisə üzərinə Bəyazidin Konyada olan oğlu Şahzadə Şahənşah, Qaramanoğlu Mustafa bəyin üzərinə şəxsən getməmiş, Beyşehir sancaqbəyi olan oğlunu göndərmişdi. Vuruşmanı gözə ala bilməyən Qaramanoğlu Mustafa Bəy, İçel'ə çəkildi. 1500-cü ilin sonlarında Şahzadə Şahənşah şəxsən İçel'ə gəlmiş, lakin Qaramanoğlu Mustafa bəyi ələ keçirə bilməmişdi. 1501-ci ilin yazında Vəzir-i Əzəm Hacı Məsih Paşa da İçel'ə gəldi. Bunun üzərinə Tarsusda gəmiyə minib Suriyaya qaçan Qaramanoğlu Mustafa Bəy, Məmlüklülərə sığındı. Osmanlılarla yeni bir anlaşmazlığa düşmək istəməyən Məmlük sultanı da Qaramanoğlu Mustafa bəyi öldürtdü.

Səfəvilərin İranda hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]
Toğrul Nərimanbəyov tərəfindən çəkilmiş "Osmanlı Sultanı II Bəyazidin elçiləri Şah İsmayıl Xətainin qəbulunda (1504)" adlı rəsm əsəri. Azərbaycan Tarix Muzeyində saxlanılır.

1502 tarixində Ağqoyunluların Təbrizi itirməsindən sonra İran taxtına başqa bir türk sülaləsi olan Səfəvilər keçdi. Hadisəni əhəmiyyətli edən isə Səfəvilərin şiə məzhəbinə mənsub olmaları idi. AğqoyunluTrabzon Yunan Dövləti ilə qohumluq əlaqələri quran Səfəvilər beləcə siyasi həyata atılmışlardı. Şeirlərini farscadan çox türkcə olaraq söyləyən Səfəvi lideri Şah İsmayıl Osmanlı Dövlətinə şərqdən gələn təhlükələrin üçüncüsü və sonuncusudur. (Daha əvvəldən TeymurAğqoyunlular).

Sultan Bəyazid qabaqcadan bölgədə tarazlığı qoruma məqsədli tədbirlər almış və həm Ağqoyunluların, həm də Məmlüklülərin xanədanları ilə qohumluq əlaqələri qurmuşdu. 1507'də Kamal Rəis Misirə bir dostluq ziyarəti etdi və Sultan Kansu Gavri tərəfindən böyük bir mərasimlə qarşılandı. Səfəvilərin başa keçməsi Osmanlılarla Məmlüklüləri bir-birinə yaxınlaşdırdı.

Şah İsmayıl, Ağqoyunluları xəritədən silmək məqsədində idi. Bu vaxt Trabzonda sancaq bəyi olan Şahzadə Səlim Ərzincan'ı ələ keçirmiş, Səfəvilərə bağlı olan Gürcü Çarlığını məğlub edib onları vergiyə bağlamışdı.

Şah İsmayılın taxta çıxışı Avropada böyük əks-səda oyandırdı. Çünki özlərinin Osmanlı ilə mübarizə apara bilməyəcəyini anlamış və başqa bir türk dövlətinin onu məğlub etməsi ilə müsəlmanların eynilə Əndəlüsdəki kimi Avropadan atıla biləcəyini düşünürdülər.

Şah İsmayıl böyük gücün Osmanlı Dövləti olduğunu bildiyindən Məmlüklülərə Osmanlılara qarşı birləşməyi təklif etmiş lakin Osmanlılardan sonra sıranın özlərinə gələcəyini bilən Məmlüklülər tərəfindən bu təklif rədd edilmişdi. Venesiyalılara da eyni təklifi edən Şah İsmayılın elçiləri Venesiyadan yardım cavabı aldılar. Lakin Venesiya, Osmanlı Dövləti ilə birbaşa bir döyüşü gözə ala bilməyib, ediləcək bir döyüşdə dəstək verməyi qəbul etdi. Dəniz gücü olmayan və tamamilə bir quru dövləti olan Səfəvilər Venesiyanın dəniz gücündən faydalanmaq istəyirdilər.

Bunlara qarşılıq II. Bəyazid Misirə Kamal Rəis ilə birlikdə böyük miqdarda top və strateji döyüş vəsaiti göndərdi. Məmlüklülər Səfəvilərdən, Osmanlılardan daha çox çəkinirdilər. Çünki daha öncə Şiə Fatımi xanədanı uzun müddət Misirdə hökm sürmüş və ancaq Məmlüklülər tərəfindən yıxılmışdı. Bundan başqa Misirdə Osmanlı ölkəsinin tərsinə xalq və saray ərkanı türkmən mənşəli deyildi. Böyük ərəb xalqı azlıqdakı türklər tərəfindən idarə olunurdu.

Şah İsmayıl daha əvvəl Fatimilərin edə bilmədiyini etmək, bütün İslam dünyasını Şiə məzhəbi altında birləşdirmək istəyirdi və qarşısındakı ən böyük əngəl də məhz Osmanlı Dövləti idi.

Şah İsmayılın Zülqədər səfəri

[redaktə | mənbəni redaktə et]

Səfəvi şahı İsmayıl 1507-ci ildə həm İstanbulun, həm də Qahirənin göstərəcəyi reaksiyanı görmək məqsədiylə Zülqədəroğulları Bəyliyinin üzərinə getdi. Əsl səbəbi bu olmamaqla birlikdə görünüşdəki səbəb, Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin Şiə olan Şaha qızını vermək istəməməsi idi. Şah İsmayıl Osmanlı torpaqlarından keçərək Kayseri üzərindən Zülqədər torpaqlarına girdi. Döyüşdə məğlub olan Əlaüddövlə Bozqurd Bəy qaçdı və Şah İsmayıl Əlaüddövlə Bozqurd bəyin bir oğlu ilə iki nəvəsini ələ keçirərək öldürtdü. Bunun üzərinə MaraşaƏlbistana gedən Şah İsmayıl Zülqədər Xanədanının məzarlarını yandırtdı. Sonradan da Osmanlı Dövlətinə bir məktub yazıb torpaqlarını tapdaladığına görə də üzr istədi.

İllərdən bəri Zülqədəroğulları bəyliyinin özlərinə bağlı olduğunu iddia edən MəmlüklülərOsmanlılar bu hərəkəti cavabsız qoymadılar. Bu da Şah İsmayılın Anadoludakı prestijini artırdı. Məmlüklülər tamamilə səssiz qalsa da Osmanlıların səssiz qalmaları mümkün deyildi. Çünki Trabzon sancaq bəyi Şahzadə Səlim, ana tərəfindən Zülqədər bəyi Əlaüddövlə Bozqurd Bəy ilə qohum idi. Şahzadə SəlimŞahzadə Qorqud Əlaüddövlə Bozqurd bəyin qızı olan eyni anadan dünyaya gəlmişdi. Bir dayısına və iki dayı oğluna edilən bu hərəkətə qarşı Şahzadə Səlim Azərbaycana qədər Səfəvi torpaqlarına girərək Səfəvi Xanədanına mənsub bəzi kəsləri əsir alıb Trabzona gətirərək dayısına edilənin intiqamını aldı. Atası Bəyazid belə heç bir şey etməmiş ikən Şahzadə Səlimin bu hərəkəti gözlərin ona çevrilməsinə səbəb oldu.

Bu arada II. Bəyazid Şah İsmayılın hər hansı bir səfərinə qarşı Orta Anadoluya əsgər yığdı (təqribən 115.000 nəfər). Bu səbəblə Şah İsmayıl Anadolunun içlərinə girməkdən çəkindi. Bu vəziyyətdə Şah, II. Bəyazidə "Şanlı böyük atam" deyə xitab etdiyi bir məktub yazaraq 1508 ilinin ilk aylarında Diyarbəkirə çəkildi.

Kiçik Qiyamət (1509 İstanbul Zəlzələsi)

[redaktə | mənbəni redaktə et]

10 sentyabr 1509'da Məmaliki-i Rum adı verilən Amasya, Tokat, Sivas, Çorum və ətrafından başlayıb 45 gün şiddətlə davam edən zəlzələdə xalq, iki ay qədər çadırlarda yaşadı. Bu zəlzələ, eyni şiddətdə İstanbulƏdirnədə də meydana gəldi. 14 sentyabr 1509'da İstanbul, Osmanlı tarixinin qeyd etdiyi ən şiddətli zəlzələyə məruz qaldı. Kiçik qiyamət (Qiyamət-i Suğra) deyilən bu zəlzələdə İstanbulda 109 məscid ilə 1.070 ev istifadə edilə bilməz hala gəldi. Xalqdan da 5.000 qədər insan həyatını itirdi. Minlərlə insan dağıntılar altında qaldı. Köpürmüş və azğın bir hal almış olan dəniz dalğaları, İstanbul və Galata divarlarını aşaraq küçələrdə tufan meydana gətirdi. Bu vaxt köhnə su bəndləri də yıxıldı. Sultan II. Bəyazid, sarayının divarlarına güvənmədi və bağçasında çox yüngül və təhlükəsiz bir çadır qurduraraq orada on gün qədər iqamət etdi.

45 gün qədər, fasilələrlə davam edən bu zəlzələ, İstanbul sakinlərini davamlı bir həyəcan içində yaşatdı. Çorum xalqının üçdə ikisi, şəhərlərindəki torpaq sürüşmələri ucbatından yarılıb açılan torpaqlar içində həyatını itirdi. Yenə bu əsnada Gəlibolu istehkamları da yıxıldı. Sultan II. Bəyazidin doğulduğu şəhər olan Dimetoka bir torpaq yığını halını aldı.

Sultan Bəyazid, bu zəlzələ səbəbiylə dövlətin ikinci paytaxtı olan Ədirnəyə getdisə də İstanbul zəlzələsində 15 gün sonra Ədirnədə İstanbuldakının bənzəri olan və eyni şiddətdə bir zəlzələ daha meydana gəldi. Memar Xeyrəddin, 15 gün içində Padşah üçün Ədirnədə taxta bir ev tikdi. Padşah, bu taxta evdə iqamətə başladı. Eyni il Ədirnədə yenə bənzər şiddətdə bir zəlzələ daha oldu. Tunca çayı daşaraq və yatağını da aşaraq zəlzələnin dağıntılarını örtdü. Üç gün keçid verməyən Tunca'nın daşmasıyla da bir çox insan öldü.

Zəlzələdən sonra II. Bəyazid şəxsən abadlıq işlərində iştirak etmiş, bu səbəblə xalqdan böyük rəğbət görmüşdür. 29 mart 1510'da başlayan abadlıq fəaliyyətləri 65 gündə sona çatdı.

Şahqulu üsyanı

[redaktə | mənbəni redaktə et]

Şah İsmayılın Anadoluda şiə təbliğatı aparmaqla vəzifələndirdiyi adam, türk əsilli olmaqla birlikdə mənşəyinin Anadolu mu, yoxsa İran mı olduğu tam olaraq bilinməyən Şah Qulu adı verilən biri idi. İrandan paltar dəyişdirərək minlərlə türkmən'i Anadoluya salan Şahqulu, Kütahyaya qədər soxuldu. Şəhərdəki Osmanlı qüvvələri dağıdıldı. II. Bəyazid o sıralarda oğlu Şahzadə Şahənşahın vəfatından ötəri çox kədərli idi. Əslində babası II. Murad kimi taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək arzusundaydı. Özü də Şahzadə Əhməd tərəfdarı olan Vəzir-i Əzəm Əli Paşadan, Şahqulunu yox etmək vəzifəsinin Şahzadə Əhmədə verilməsini istədi. Belə bir müvəffəqiyyət ilə həm Şahzadə Əhməd prestij qazanacaq həm də onun taxta çıxmasına qarşı olan səslər azlacaqdı.

Bu sıralarda Anadolu Bəylərbəyi Qaragöz Mehmed Paşanı da məğlub edən Şahqulu, Kütahyaya girdi.[16] Bunun üzərinə Amasya sancaq bəyi olan Şahzadə Əhməd İstanbula çağırıldı və baş komandan elan edilib Əli Paşa ilə birlikdə Şahqulu'nun üzərinə göndərildi.

Kayseri-Sivas arasında Şahqulu ilə qarşılaşan Osmanlı Ordusu Göyçay Meydan Müharibəsində 1511-ci ilin iyul ayında Qızılbaş Türkmənləri məğlub etdilər.[17] Yalnız Əli Paşa döyüşdə öldü. Bu hadisə ilə şiə məsələsi o an üçün ortadan qalxmış oldu. Şah Qulu tutulub edam edildikdən sonra imperiyada problemlər yüksəldi. Şahzadələr atalarını müvəffəqiyyətsiz görüb taxtı öz aralarında mübarizə edərək ələ keçirməyə çalışdılar.

Son illəri və şahzadələr məsələsi

[redaktə | mənbəni redaktə et]

Övladları ilə taxt mübarizəsi

[redaktə | mənbəni redaktə et]

II. Bəyazidin Mahmud, Əhməd, Şahənşah, Səlim, Mehmed, Qorqud, AbdullahAləmşah adlı 8 oğlu və bir çox da qızı olmuşdu. Oğullarının ən böyüyü olan Abdullah atasının taxta keçməsindən qısa bir müddət sonra 1483-cü ildə vəfat etdi. Padşahın Mahmud, Mehmed, Aləmşah adlı oğlan uşaqları isə 1507'dən əvvəl öldülər. Həyatda yalnız yaş sırası ilə Əhməd, Qorqud, SəlimŞahənşah qalmışdı. Şahzadə Qorqud ilə Şahzadə Səlim Əlaüddövlə Bozqurd bəyin qızı olan Ayşə Xatunun uşaqları idilər. Şahzadə Əhməd Amasyada hakim ikən,[18] Qorqud Manisada, Şahzadə Səlim isə Trabzonda hakim olaraq vəzifə daşıyırdılar. Ən kiçik şahzadə Şahənşahın anası Qaramanoğlu sülaləsindən idi və bu səbəblə Konya hakimliyini icra edirdi.

Şahzadə Səlim, Trabzon hakimliyi əsnasında türkmənlərin və hərbi müvəffəqiyyətləri münasibətiylə də yeniçərilərin dəstəyini arxasına almışdı. Ancaq Osmanlı bürokratiyası, Şahzadə Əhmədin taxta çıxmasını dəstəkləməkdə idi. Manisa sancağındaki Şahzadə Qorqudun oğlan uşağı olmadığından taxta çıxma şansı az olaraq görülməkdə idi. Konyadakı Şahzadə Şahənşah isə 2 iyul 1511-ci ildə atasından 6 ay əvvəl vəfat etdiyindən taxt mübarizəsinə daxil ola bilməmişdi.

Fateh Qanunnaməsinə görə hökmdar olan şahzadə digər qardaşlarını öldürməli idi; bunun üçün qardaşları QorqudƏhmədin hərəkətlərini yaxından təqib edirdi. Şahzadə Səlim səltənəti ələ keçirmək üçün qardaşları kimi hazırlıq etmiş, öz əsgərlərinə əlavə olaraq Krım Xanı qüvvələrindən də istifadə etmişdir. Rumeliyə keçdikdə yanında Krım Xanının kiçik oğlunun əmrində 350-yə qədər əsgəri də var idi. Bundan başqa tərəfdarları sayəsində Yeniçəri Ocağının dəstəyini də əldə etmişdi.

Şahzadə Səlimin oğlu Süleyman əvvəlcə Şərqi Qarahisara təyin edilmiş, ancaq Şahzadə Əhmədin ona yaxınlığı səbəbiylə etiraz etdiyindən Boluya nəql edilmişdir. Şahzadə Əhməd bu səfər də özü ilə İstanbul arasında rəqibi Şahzadə Səlimin oğlunun olmasını istəmədiyindən buna da etiraz etmiş və bu etirazı da qəbul edilmişdir. Bu dəfə də Şahzadə Səlim, oğlu Süleymanın öz yaxınlığında olmasını təkidlə tələb etmiş, Şərqi Qarahisar yaxud Kəfə sancaqlarından birinin verilməsini istəmişdir. Bütün bunların nəticəsində Süleyman Kəfə sancağına təyin edilmişdi.

Özü İstanbula uzaq olduğundan tez və müntəzəm xəbər ala bilmirdi. Bu səbəblə dövlət mərkəzinə yaxın bir yerə nəql edilmək istəyirdi. Bu məqsədəuyğun olaraq Rumelidə bir sancaq istədi və dərhal Krımdan Dunaya doğru getdi; ona Trabzona əlavə olaraq Kəfə verildi isə də bunu qəbul etmədi.Şahzadə Səlimə nəsihət verməsi məqsədiylə alimlər yollansa da Şahzadə Səlim bunları geri çevirdi; Anadoluda haranı istəsən verək təklifi gəlsə də istədiyi kimi bir cavab ala bilmədikdə dərhal Krım Xanından aldığı qüvvətlə Silistrə yolu ilə Rumeliyə (Balkanlara) gəldi. Alimlər təkrar yollansa da, Şahzadə Səlim buna da qəti olaraq rədd cavabı vermişdir. Bundan başqa Şahzadə Səlimin bu hərəkətindən əvvəl, Şahzadə Qorqud da atasından icazə almadan Antalyadan qalxıb Manisaya getmişdi. Bu hərəkətləri doğru hesab etməyən Şahzadə Əhməd; atası II. Bəyaziddən QorqudŞahzadə Səlimi öldürtmək üçün icazə istəmiş isə də Bəyazid bunu qəbul etməmişdir.

Şahzadə Səlimin Rumeli'yə keçidi İstanbulda eşidiləndə, Şahzadə Səlim üzərinə əsgər sövq edilməsi gündəmə gəlmişdi. Bunu xəbər alan Şahzadə Səlim üsyankar olmadığını, atasına hörmətlərini ifadə etmək üçün gəldiyini bəyan etmiş və ona nəsihət üçün atası tərəfindən yollanan elçiyə etibar etmiş, bunun üzərinə İstanbula dönən elçi şahzadənin atasının əlini öpmək üçün gəldiyini söyləmişdir. Şahzadə Səlim əleyhdarları bu oyunu qəbul etməyərək Səlimin üzərinə Rumeli Bəylərbəyi Həsən Paşanı göndərmişlər, ancaq Həsən Paşa döyüşmədən Ədirnəyə geri qayıtmışdır. Bunun üzərinə padşah II. Bəyazid şəxsən Səlimə qarşı hərəkətə keçmişdir.

Padşah Bəyazid yaşlı olduğundan arabayla hərəkət etmiş və Çuxurçayırda Səlimin ordugahının qarşısına gəlmişdi. Səlim qarşı tərəfdən hücum olmadıqca, qəti olaraq hücum etməyəciyini söyləmişdi. Bəyazidə minmiş olduğu arabanın pəncərəsindən oğlunun qüvvələri göstərildikdə II. Bəyazid duyğulanmış, Rumeli axınçı və sancaqbəylərinin də təsiriylə, döyüşdən geri çəkilərək tərəflər arasında bir razılaşma olmuşdur. Razılaşmaya görə II. Bəyazid şahzadələri arasında heç kimi vəliəhd elan etməməsi barədə bir əhidnamə yazdırdı. Bundan başqa Səlimə Rumeli'dən istədiyi Səməndirə Sancağı verilmiş, bununla birlikdə bu sancağa Alacahisar və İzvorvik sancaqları da əlavə edilmişdir. Bu hadisələr üzərinə Şahzadə Əhməd atasına yazdığı məktubda; Səlimin əsgəriylə padşah atasının üzərinə getdiyini, buna baxmayaraq 3 sancaq və buna əlavə olaraq 500.000 axça verilməsini tənqid etmiş; yalnız 3 sancaq olsa da bunun Rumeli'nin tamamilə verilməsi demək olduğunu, padşah olmasına yalnız bir xütbə və bir də sikkə qaldığını; halbuki özünün atasını əsla incitmədiyini də ifadə etmişdir. Bundan başqa atası sağ olduqca səltənətdə qəti olaraq gözü olmadığını ancaq üsyankar qardaşı üzərinə getməsinə icazə verilməsini istəmişdir. Beləcə, vəliəhd təyini işini də önləyən Səlim, əmrindəki əsgərlərlə Səməndirəyə getməyib, Köhnə Zağra və Filibe tərəflərində qalmış və Səməndirəyə bir vəkil göndərmişdir.

Şahzadə Səlim, Səməndirə yolunda olarkən, mərkəzdən sancağa getməsi əmr edildi ancaq Səlim Şahqulu məsələsinin nəticələnməsini gözlədiyini ifadə edirdi. Nəticədə Şahqulu ilə döyüşülmüş, bu döyüşdə Sədrəzəm Xədim Əli Paşa həyatını itirmişdi. Şahzadə Əhməd isə üsyankarları təqib etmək yerinə Amasyaya dönmüş, əsgərlərin Əhmədə olan dəstəyi azalmışdı. Xədim Əli Paşanın vəfat etdiyini öyrənən Bəyazid, yenə eyni zamanlarda Karaman valisi oğlu Şahzadə Şahənşahın ölüm xəbərini də aldıqda; səltənətdən qəti surətdə çəkilməyə qərar verdi. Dövlət qabaqcıl adamlarını dəvət edib görüşdü və əksəriyyət Şahzadə Əhmədin hökmdar olmasını dəstəklədi. Xədim Əli Paşanın yerinə sədrəzəm olan Herseqli Əhməd Paşa, bu qərara qatılmadı; padşahın çəkilməməsi, Şahzadə Səlimin Səməndirədə qalması, Şahzadə Əhmədin isə Karaman əyalətinə nəql edilməsi lazım olduğunu müdafiə etsə də başda padşah olmaq üzrə əksəriyyət Şahzadə Əhmədin hökmdar olmasını istədiyindən ona xəbər göndərdi. Qərar verildikdən sonra padşah Bəyazid, Rumeli bəylərini çağıraraq onlardan Şahzadə Əhmədə etiraz etməyəcəklərinə dair söz aldı. Rumeli bəyləri kimi Səlimi dəstəkləyən yeniçərilər isə Əhmədin hökmdarlığını önləmək üçün "Sənin sağlığında biz başqasını padşah istəmirik" deyə təminat vermişdi. Filibe'də olan Şahzadə Səlim isə bütün bunları adamları vasitəsiylə öyrənirdi.

Bəyazidin verdiyi əhdnaməyə əməl etmədiyini anlayan Şahzadə Səlim, 40.000 nəfərlik qüvvətlə, Çorluda atasının qüvvələrinin olduğu düzənliyə girdi. 1511-ci ilin avqust ayında tarixində baş verən döyüş sonunda Səlimin qüvvələri məğlub oldu. Şahzadə təqib edənlərin əlindən zorla xilas olaraq Qara dəniz sahilinə gəldi və ona qatılanlarla İynə Adadan gəmiylə Kəfəyə getdi. Səlimin bu məğlubiyyəti üzərinə, Əhmədə dərhal İstanbula gəlməsi yazıldı.

Sədrəzəm Herseqli Əhməd Paşa, daha əvvəl verilən əhdnaməyə sadiq qalmaq və Şahzadə Əhmədin paytaxta çağırılmaması haqqında padşaha təkidlər etsə də bu bir nəticə vermədi. Şahzadə Əhməd İstanbula gəldiyi günün sabahı padşah elan edildi.

Şahzadə Əhmədin hökmdarlığını tanımayan yeniçərilər, bununla qalmayıb aralarında dövlət irəli gələnlərinin evlərinin də olduğu bir çox evi talan etdi. Yeniçərilər, Səlimə sədaqət göstərərək onun gəlməsi və vəliəhd olması lazım olduğunu təkid etdi. Bunu xəbər alan Əhməd Anadoluya döndü. Səlim əleyhdarları bunun üzərinə Şahzadə Qorqudu hökmdar etmə düşüncəsiylə onu tələsik İstanbula çağırdılar. Bunun üzərinə İstanbula gələn Qorquda yeniçərilər hörmət göstərsə də, Səlimdən başqasını istəmədiklərini söylədilər (Yenibağça qiyamı 6 mart-24 aprel 1512).[19] Bu vəziyyət üzərinə çətin vəziyyətə düşən və artıq hökmü və nüfuzu qalmayan Bəyazid Səlimi İstanbula dəvət etdi.

Taxtdan çəkilməsi və vəfatı

[redaktə | mənbəni redaktə et]

Şahzadə Səlim 19 apreldə İstanbula çatdı. Bu arada Şahzadə Qorqud da İstanbulda idi. Özündən üç yaş kiçik qardaşının padişahlığını tanıdı və təbrik etdi. 24 aprel 1512-ci ildə II. Bəyazid oğlu Səlim adına taxtdan imtina etdiyini açıqladı. Beləcə atasının vəfatından sonra yeniçərilərin dəstəyi ilə taxta çıxan II. Bəyazid uzun bir səltənətin sonunda yenə yeniçərilərin təzyiqi ilə taxtdan çəkilmiş oldu. Bəyazid başlanğıcda səltənətdən çəkilməyə yanaşmayaraq Səlimə, Şah İsmayıl üzərinə ediləcək səfərə Sərdar təyin etməyi təklif etsə də; Səlim ordunun başında hökmdarın olması lazım olduğunu söyləyərək bu təklifi rədd etdi. Bəyazid oğlunun hökmdar olma istəyi və əsgər ilə bəzi dövlət adamlarının Səlimdən tərəf olduğunu görüb səltənəti Səlimə tərk etdi (aprel 1512).[20][21] Səlimin cülusu da 23 may tarixində həyata keçirilmişdir. II. Bəyazid taxtını oğluna buraxarkən bu sözləri söyləmişdir:

" Adaletten ayrılma, acizlere ve biçarelere karşı merhametli ol. Kimsesizlere şefkat göster, herkesin sana ram olmasını istiyorsan ulemaya çok saygı göster, zaruret olmadıkça kimseye sert davranma. "

Yeni Sultan Səlimə Dimetokaya çəkilmək istədiyini söyləyən sabiq sultan, oğlunun cülusundan 11 gün sonra izdihamlı bir mərasim ilə İstanbuldan Dimetoka'ya doğru yola çıxdı. Yola çıxanda da çox xəstə və yorğun olan sabiq sultan ata minə bilmədi və ancaq təxti-rəvan ilə səyahətə davam edə bildi. Dimetoka'ya çatmağa ömrü vəfa etməyən II. Bəyazid, yola çıxışından 32 gün sonra 26 may 1512-ci ildə Ədirnənin cənub-şərqindəki Havsa mahalının Abalar kəndində vəfat etdi.

II. Bəyazidin cənazəsi İstanbula gətirildi, Fateh Məscidində qılınan cənazə namazından sonra öz tikdirdiyi Bəyazid məscidindəki türbəsinə dəfn edildi. 64 yaşında vəfat edən II. Bəyazidin padşahlıq müddəti 31 ildən 9 gün əskik idi. Ölümü bütün İslam aləmində kədər ilə qarşılandı. Qahirədə ölümü eşidilincə başda Sultan Kansu olmaq üzrə çox sayda adamın qatıldığı qiyabi cənazə namazı qılındı. Bundan başqa İslam dünyasının başqa yerlərində də qiyabi cənazə namazları qılındı.

Maraqlı dialoqları

[redaktə | mənbəni redaktə et]

Xristofor Kolumb ilə dialoq

[redaktə | mənbəni redaktə et]

Amerika qitəsini kəşf edən İtalyan dənizçi Xristofor Kolumb, təxminən 14 ildir hazırladığı okean səfərini 1484 tarixində Portuqaliya Kralına təqdim etdi amma rədd edildi. Dəstəkləyəcək bir maliyyəçi tapa bilmədiyi üçün maddi çətinliklərə girən Kolumb, Avropa ilə Osmanlı arasında ticarət ilə məşğul oldu. Bu dövrdə, 1484 tarixində Sultan II. Bəyazidə bir keşiş müşayiəti müraciət etdi və bu istəyi Osmanlı qeydlərində :

" II. Bayezid'den sultanın adına yeni ülkeler keşfedebilmek için emrine gemiler vermesi istedi. "

şəklində keçməkdədir.

Sultan, qarşısına çıxan bu dəlidolu insanı ciddiyə almadı və tələbini rədd etdi. Kolumb, Bəyazidin iki il sonra İspan kral və kraliçasına müraciət etdi, və 1492-ci ildə də Amerikanı bilmədən də olsa kəşf etdi. Sonrakı illərdə Kolumb ilə üç dəfə Amerikaya getmiş bir İspan, bir döyüş sonrasında Piri Rəisin əmisi Kamal Rəisə əsir düşdü və Kolumbun kəşf etdiyi Amerika sahillərinin xəritəsini əmisinə verdi. Piri Rəis bu xəritədəki məlumatlardan yola çıxaraq 1513'də ilk dünya xəritəsini çəkdi.[22]

Leonardo da Vinçi ilə dialoq

[redaktə | mənbəni redaktə et]

1502-ci ildə, tarixin ən böyük ixtiraçılarından və sənətçilərindən biri olaraq göstərilən İtalyan Leonardo Da Vinçi II. Bəyazidə, Haliç üzərinə tikilməsi üçün 240 metr uzunluğunda bir körpü layihəsi təqdim etdi. Ancaq Da Vinçinin bu qeyri-adi layihəsi II. Bəyazid tərəfindən qəbul edilmədi və illər sonra bənzəri bir körpü 2001-ci ildə Norveçdə tikildi.

Gül Baba ilə dialoq

[redaktə | mənbəni redaktə et]

Övliya Çələbinin dediyinə görə, Sultan II. Bəyazid 1481-ci ilin bir qış günü Galata ətəklərində ovlanarkən son dərəcə baxımlı və güllərlə bəzədilmiş bir bağça və içində köhnəlmiş kiçik bir daxma gördü. Daxmada fasilə verən Sultan, buranın sahibi Gül Baba ilə tanış olur və onu, bağçaya göstərdiyi diqqətə görə mükafatlandırmaq istədiyini söylədi. Gül Baba da padşahına sarı və qırmızı iki ədəd gül verərək, bu bağçaya bir məktəb və xəstəxana tikdirməsini istədi. Galata Sarayı Ocağı (indiki vaxtda Qalatasaray Liseyi) beləcə quruldu və Yavuz Sultan Səlimin oğlu Qanuni Sultan Süleyman da daxil olmaq üzrə bütün şahzadələr, şahzadələrin uşaqları və əhəmiyyətli dövlət vəzifəliləri ilk və orta təhsillərini burada aldılar.[23]

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://www.britannica.com/biography/Bayezid-II.
  2. 1 2 Bahadıroğlu, Yavuz (2009) Resimli Osmanlı Tarihi, 15.Baskı İstanbul:Nesil Yayınları, s. 129, ISBN 978-975-269-299-2
  3. "Arxivlənmiş surət". 2007-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  4. "Arxivlənmiş surət". 2007-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  5. Sakaoğlu, Necdet "Beyazid II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.1 s.299–302 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
  6. "Arxivlənmiş surət". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  7. Shaw, Stanford J.; "History of the Ottoman Empire and modern Turkey" Cambridge University Press, 1. cilt, s. 71–72.
  8. "Arxivlənmiş surət". 2007-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  9. "Arxivlənmiş surət". 2007-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  10. "Arxivlənmiş surət". 2007-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  11. "Arxivlənmiş surət". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  12. http://www.amazon.com/History-Venice-John-Julius-Norwich/dp/0679721975#reader_0679721975 Arxivləşdirilib 2010-01-05 at the Wayback Machine, A History of Venice. Londra: Penguin. s. 383. 0-679-72197-5.
  13. "Arxivlənmiş surət". 2007-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  14. "Arxivlənmiş surət". 2007-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  15. "Arxivlənmiş surət". 2007-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  16. "Arxivlənmiş surət". 2011-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  17. "Arxivlənmiş surət". 2007-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  18. "Arxivlənmiş surət". 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  19. Yunus Koçak. Yeniçeriliğe İlk İntisap Edenler
  20. Yard. Doç. Dr. Remzi KILIÇ, Trabzon Valisi Şehzade Selim ve Faaliyetleri, Niğde Üniversitesi Eğitim Fakültesi Yeniçağ Tarihi Ana Bilim Dalı Öğretim Üyesi
  21. Yılmaz Öztuna,Yavuz Sultan Selim sf:39 ISBN 975-00981-1-0
  22. https://web.archive.org/web/20140115094849/http://arsiv.sabah.com.tr/2006/09/27/gun151.html, Sabah Gazetesi. 15 Ocak 2014 tarihi
  23. https://web.archive.org/web/20121119194656/http://www.gscemiyet.org.tr/Mektep.aspx?Sayfa=GulBaba, Galatasaraylılar Derneği. 19 Kasım 2012 tarihi
  24. "Arxivlənmiş surət". 2006-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Bəyazid
Doğum: 3 Dekabr 1447 Vəfat: 26 May 1512
Hakimiyyət titulları
Sələfləri 
II Mehmed

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

3 Mayıs 1481-25 Nisan 1512
Xələfləri 
I Səlim
Haqq iddası titulları
Sələfləri 
II Mehmed

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
I Səlim
Sələfləri 
II Mehmed

Şərqi Roma Qeysəri
Xələfləri 
Birləştirildi