Bəyimxanım Vəliyeva

Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019), Azərbaycan Milli Konservatoriyanın Dosenti (2023)

Bəyimxanım Vəliyeva
Bəyimxanım Ənvər qızı Vəliyeva
Ümumi məlumatlar
Doğum tarixi (35 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan SSR, SSRİ SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, xanəndə
Fəaliyyət illəri 1992 - indiyədək
Janrlar Muğam,Estrada
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

"Humay" Milli Mükafatı ilə təltif edilib (2024).[mənbə göstərin]

Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə "Bülbül" adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının "Solo oxuma" fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın "Magistr" pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının "Doktorantura" pilləsinə qəbul olmuşdur. 2017-ci ildə "Doktorantura" pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə "Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer" adlı elmi işini müdafiə edərək "Sənətşünaslıq üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə layiq görülmüşdür.[1]

Ailəlidir, beş övladı var.

İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında "Nargilə" mahnısı ilə çıxış etmişdir. - 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə "Ananın səsi" mahnısı ilə 1-ci yerə layiq görülmüş;

- 1996-cı ildə keçirilən "7–17" müsabiqəsinin qalibi olmuş;

— 1997-ci ildə "Pöhrə-97" müsabiqəsinin laureatı olmuş;

- 1997-ci ildə keçirilən "İstedadlar axtarırıq" müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş;

- 1998-ci ildə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi II "Uşaq Muğam festivalı"nın II dərəcəli Diplomuna layiq görülmüş;

- 1999-cu ildə "Amoco" qrupunu təşkil etdiyi III "Uşaq Muğam Festivalı"nın Diplomantı adına layiq görülmüş;

- 1999-cu ildə "Muğam" Assosiasiyasının təşkil etdiyi "Muğam-99" Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş;

- 1999-cu ildə "Rezonans" qəzetinin "Ulduzlar" devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının "Mahnı-99" müstəqil müsabiqənin yekunlarına görə "İlin Pöhrəsi" nominasiyasına layiq görülmüş;

- 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş;

- 2001-ci ildə keçirilən "Muğam-2001" Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş;

- 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin "Qran-pri" mükafatına layiq görülmüş;

- 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş;

- 2005-ci ildə Respublika üzrə "Space" telekanalında keçirilən "Üzeyir Hacıbəyov-120" 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur.

- 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi "Bakı Gecələri" estrada mahnı müsabiqəsində "Ən yaxşı səhnə mədəniyyəti" nominasiyasına layiq görülüb.

- 2009-cu ildə keçirilən I Respublika Muğam Müsabiqəsinin Diplomantı adına layiq görülüb.

- 2000-ci il ildən bu günə kimi Azərbaycan muğamını Azərbaycandan kənarda Avropa ölkələrində təmsil edib.

- 2000-ci ildə Fransa və Almaniyada 1-ay müddətində keçirilən silsilə konsert proqramlarında müvəffəqiyyətlə çıxış edib.

- 2002-ci ildə Türkiyədə keçirilən "Azərbaycan mədəniyyət günləri"ndə iştirak edib.

- 2003-cü ildə Yaltada keçirilən "Yalta-2003" müsabiqəsinin Fəxri diplomuna layiq görülüb.

- 2004-cü ildə Qırğızıstanda keçirilən "İssık-Kul Ulduzları" adlı festivalın Fəxri Diplomuna layiq görülüb.

- 2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən "Xəzəryanı Ölkələrin Musiqi Festivalı"nda 2-ci yerə və Gümüş medala layiq görülüb.

- 2007-ci ildə ABŞ-nin bir çox ştatlarında keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə Azərbaycanı layiqincə təmsil edib.

- 2008-ci ildə Kanadada keçirilən "Niaqara" festivalında Kanada kamera orkestri ilə uğurlu çıxışlar edib.

- 2008-ci ildə İsveçrədə keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə Azərbaycan muğamını layiqincə təmsil edib.

- 2009-cu ildə Brusseldə keçirilən "Azərbaycan Mədəniyyət Günləri"ndə uğurla çıxışlar edib.

- 2009-cu ildə İzrailin Yerusəlim şəhərində keçirilən festival çərçivəsində İzrail musiqiçilərilə birgə sintez muğam konserti ilə çıxış etmiş;

- 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyində "Azərbaycan Mədəniyyət Günləri"ndə çıxış etmiş;

- Moskva, Ukrayna, Sibir, İngiltərə, dəfələrlə Almaniya və İsveçrədə keçirilən "Azərbaycan Mədəniyyət günləri"ndə Mədəniyyət Nazirliyinin təklifi ilə müxtəlif çıxışlar etmişdir.

- 2006-cı ildən 2009-cu ilə qədər Azərneftyağ Səhmdar Cəmiyyətin nəzdindəki Mədəniyyət evində solist kimi fəaliyyət göstərmişdir.

- 2006-cı ildən 2010-cu ilə qədər isə Azərbaycan Dövlət Muğam Teatrının solisti vəzifəsində çalışmışdır.

- 2009-cu ildə Bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı adına layiq görülmüş;

- 2011-ci ildə Zirvədəkilər mükafatı üzrə "Xalq musiqisi janrında İlin qadın müğənnisi" nominasiyası ilə təltif olunmuş;

- 2011-ci ildə İncilər Media Qrupun təltifi ilə "İlin muğam incisi" nominasiyasına layiq görülmüş;

- 2013-cü və 2018-ci illərdə İzarilin Yerusəlim şəhərində keçirən Beynəlxalq "Ud" festivalında uğurla çıxış etmişdir.

- 2019-cu eləcə də 2021-ci illərdə Özbəkistanın Taşkənd, Səmərqənd və Buxara şəhərlərində keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri çərçivəsində konsert proqramı ilə çıxışlar etmişdir.

- 2012-ci ildə Yaxşıların Yaxşısı milli mükafatında "Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı" nominasiyası üzrə təltif olunmuşdur.

- 2012-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başlayan Bəyimxanım Vəliyeva 2017-ci ildən "Baş müəllim" vəzifəsinə çalışmışdır. 2023-cü ildən isə Milli Konservatoriyanın dosentidir.

— Həmçinin 2012-ci ildən etibarən Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Solisti vəzifəsində çalışır.

- 2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin solisti vəzifəsində çalışır.

- 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.[2]

1. "Xan Şuşinskinin mahnı yaradıcılığı". "Konservatoriya" elmi jurnal. № 14. Bakı-2015. Elmi məqalə

2. "Mirzə Hüseyn segahı"nın təhlili. "Harmony" elmi jurnal. № 14. Bakı-2015. Elmi məqalə

3. "Xan Şuşinskinin "Xal yanağından" və "Qəmərim" mahnılarının təhlili". Harmony elmi jurnal. № 14. Bakı-2015

4. "Xan Şuşinskinin ifasında "Zabul-Segah" muğamının təhlili". Harmony. elmi jurnal. № 15. Bakı-2016.

5. "Xan Şuşinskinin ifasında zərbi muğamlar". Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri.elmi jurnal. № 22 Bakı-2016.

6. "Havalansın Xanın səsi". Qobustan elmi jurnal. № 4 (181) Bakı-2018. Elmi məqalə

7. "The importance of Khan Shushinski’s creativity in the development of Azerbaijani singing school (Khanende). "Актуальні питання гуманітарних наук: міжвузівський збірник наукових праць молодих вчених Дрогобицького державного педагогічного університету імені Івана Франка". elmi jurnal. № 38. Киев-2021. Elmi məqalə

8. Влияние Kарабахской школы искусства ханенде XIX века на формирование творчества Хана Шушинского. Материалы международного научно-практического конференции "Фундаментальные и прикладные исследования музыки в ХХI веке" elmi nəşr. Алматы-2016. Konfrans materialı

9. "Xan Şuşinski Qarabağ muğam-ifaçılıq ənənələrinin davamçısı kimi. Doktorantların və gənc tədqiqatçıların XXII Respublika Elmi Konfransının materialları". Bakı-2018. Konfrans materialı

10. "Xan Şuşinski ifaçılığında poeziyadan istifadə xüsusiyyətləri". 1 Millet, 6 Devlet, Ortaq Medya (Türkçe konuşan ülkelerin medya platformu) Uluslararası Sosyal ve Beşeri Bilimler Kongresinin materialları. elmi nəşr. Bakı-2021. Konfrans materialı

11. "Xan Şuşinskinin müəllifi olduğu "Ceyran bala" mahnısının fərqli ifalarda təhlili". 3rd İnternational Congress of Khazar Scientific Research elmi nəşr. Bakı-2022. Konfrans materialı

12. "Muğam sənəti və xalq yaradıcılığının müxtəlif istiqamətləri". "Ecoprint" elmi nəşr. Bakı-2021. Dərs vəsaiti (Həmmüəlliflər: B. Vəliyeva, X. Teymurova, F. E. Baxşəliyev)

13. "Xanəndəlikdə ritmikadan düzgün istifadə qaydaları". Beynəlxalql konfrans. Özbəkistan – 2022.

14. Heydər Əliyev Fondunun Azərbaycan xalq musiqisinin inkişafında rolu. "Ləman nəşriyyat poliqrafiya" MMC, 2013

15. "Solo oxuma (muğam) ixtisas fənninin tədrisi metodikası üzrə proqram". "Ecoprint" elmi nəşr. Bakı-2016.

16. AMK-nın "Mahnı və Təsnif ifaçılığı" fənni üzrə hazırlıq pilləsi üçün proqram. "Ecoprint" elmi nəşr. Bakı – 2016.

17. "Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer" adlı dissertasiyanın avtoreferatı. Bakı – 2022

  1. "Əməkdar artist alimlik dərəcəsi aldı". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]