Azərbaycan Milli Konservatoriyası — [Publik Hüquqi Şəxs [Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi]]nin tabeliyində olan ali təhsil müəssisəsi.
Azərbaycan Milli Konservatoriyası | |
---|---|
40°21′56″ şm. e. 49°49′06″ ş. u.HGYO | |
Əsası qoyulub | 10 avqust 2001 |
Rektor | Xalq artisti Siyavuş Kərimi |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Azərbaycan, Bakı, Ələsgər Ələkbərov küç., 7 |
Tabeliyində |
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası. |
Sayt | conservatory.edu.az |
Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli "Azərbaycan Milli Konservatoriyası"nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. 10 avqust 2001-ci il tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olmuşdur.
Bu sərəncama əsasən Konservatoriyanın rektoru Siyavuş Kərimi təyin edildi. Siyavuş Əşrəf oğlu Kərimi – Bəstəkar, Xalq Artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru.
Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakı şəhərində anadan olub. 1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib.1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib.‘Populyar musiqi və caz ifaçılığı’ kafedrasının professorudur,‘Şöhrət’ və “Şərəf” ordenlidir.
FAKÜLTƏLƏR : — “İfaçılıq” — “Musiqi tarixi və nəzəriyyəsi”
KAFEDRALAR :
Muğam (xanəndə)
Milli vokal
Etnomusiqişünaslıq
Fortepiano
Humanitar fənnlər kafedrası
Dirijorluq
Musiqinin tarixi və nəzəriyyəsi
Xalq çalğı alətləri
İnstrumental muğam
Populyar musiqi və caz ifaçılığı.
=== Kolleclər ===Gimnaziya
Azərbaycan Milli Konservatoriyası tərkibində incəsənət Gimnaziyası
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |