"B-52" (İngilis B-52) üç likördən (qəhvə likörü, qaymaqlı likör və sərt portağal likörü — tripl-sek və ya kuantro) ibarət "qatlı kokteyl"-dir. Dijestiv (həzmə kömək edən) (desert) kimi təsnif edilir. Əvvəllər bu, Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərindən biri, "Yeni Era İçkiləri" kateqoriyasında idi.
B-52 kokteylinin mənşəyi ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Onun adı 60-cı illərdə dəbdə olan qadın saç düzümləri ilə, Boeing B-52 "Stratofortress" bombardmançısının adını daşıyan B-52s qrupu ilə və ya birbaşa bombardmançının özü ilə bağlıdır. Bir nəzəriyyə iddia edir ki, kokteylin Malibudakı "Alice" Barında, digəri isə kokteylin 1977-ci ildə Kanadanın Alberta şəhərindəki "Banff Springs Hotel" barında və ya eyni əyalətlərin Kalqaridəki "Keg's steakhouse" restoranında yaradıldığını iddia edir; kokteylin ixtirasına dair başqa iddiaçılar da var. Kokteylin İkinci Dünya Müharibəsi zamanı İtaliyada yerləşən Amerika pilotları tərəfindən icad edildiyi barədə əfsanə belə var.
Likörlər diqqətlə süzülür ki, təbəqələr qarışmasın. Kokteyl qədəhdə (rus. рюмка, ing. shot) verilir. Üst təbəqə ("Grand Marnier" və ya "Cointreau") yandırılıra bilər. Bu zaman yandırılan "B-52"-yə "yanan B-52" (ing. Flaming B-52) deyilir. Yanan B-52-nin servisi zamanı stəkan mütləq şəkildə yüksək temperatura dözümlü olmaldır. Yanan B-52 içilən zaman onu adi qədəhdən içilən formada birbaşa içmək təhlükəlidir. İçki üçün nəzərdə tutulan çöp (plastik də ola bilər) içkiyə tam salınaraq tez bir zamanda içilməlidir.
B-52-nin şeykerdə çalxalanaraq buzla servis olunduğu forması da mövcuddur.
BBA reseptinə görə 1/3 həcmində Kahlua, 1/3 həcmində Baileys, 1/3 həcmində isə Grand Marnier məhz bu ardıcıllıqla və ehtiyatla süzüldükdə qatlı kokteyl B-52 alınır. Kokteyl qaşığı (baş hissəsi çay qaşığı ölçüsündə, amma tutulan hissəsi uzun olan qaşıq) qatları daha düzgün etməyə xeyli kömək olur.
Bir sıra kokteyl variantları B-52-dən alınan adları daşıyır və "B-50 seriyası" kimi tanınır: